Əli Həsənov Anadolu Agentliyinin İdarə Heyətinin sədri və baş direktoru Şenol Kazancı və TRT kanalının baş direktoru İbrahim Eren ilə görüşündə

Azərbaycan dövlətindən Türkiyənin Afrin əməliyyatına dəstək

579
(Yenilənib 12:16 15.03.2018)
Əli Həsənov: "Türkiyənin yanında olaraq onun mövqeyini daha da gücləndimək istəyirik"

BAKI, 15 mart — Sputnik. "Terrorçulara qarşı aparılan mübarizəni Türkiyənin haqlı davası kimi dəyərləndiririk. Bu mübarizəni Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunmasına yönəlmiş addım kimi qiymətləndirik".

Əli Həsənov Anadolu Agentliyinin İdarə Heyətinin sədri və baş direktoru Şenol Kazancı və TRT kanalının baş direktoru İbrahim Eren ilə görüşündə
© Photo : AA
Əli Həsənov Anadolu Agentliyinin İdarə Heyətinin sədri və baş direktoru Şenol Kazancı və TRT kanalının baş direktoru İbrahim Eren ilə görüşündə

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Anadolu Agentliyi"nin rəhbəri Şenol Kazancı və TRT-nin rəhbəri İbrahim Ərənlə görüşü zamanı deyib.

"Bu düşüncələrimizi dünyaya açıq şəkildə çatdırırıq. Heç kimdən çəkinmirik və tam əksinə Türkiyənin yanında olaraq onun mövqeyini daha da gücləndimək istəyirik" — deyən Ə.Həsənov bildirib ki, Azərbaycan prezidenti Türkiyə prezidentinin siyasətini, Afrində həyata keçirilən əməliyyatları dəstəkləyir.

Qeyd edək ki, bu il yanvarın 21-dən etibarən Türkiyə ordusu Suriyanın Afrin bölgəsində "Zeytun budağı" adlı əməliyyat keçirir. İndiyədək bölgədə 3 mindən artıq PYD/YPG/İŞİD terrorçusu zərərsizləşdirilib.

579
Teqlər:
Afrin, dava, Əli Həsənov, Türkiyə, Azərbaycan, terrorçu, mübarizə
Əlaqədar
Türk ordusunun Afrin əməliyyatına dair mühüm bəyanat
Afrində küçə döyüşləri - VİDEO
"Afrin əməliyyatı Azərbaycan üçün vacibdir"

İcra başçısının müavinini maşın vurdu

13
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

BAKI, 9 avqust - Sputnik. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub. 

APA-nın məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

13

Pandemiyanın ən çox ziyan vurduğu sahə - Burada çalışanların yoluxma riski daha böyükdür

771
(Yenilənib 22:32 09.08.2020)
Bütün dünyanı bürüyən bu pandemiya təəssüf olsun ki, ölkəmizdən də yan keçməyib və daxili turizm böhran ilə üzləşib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Koronavirus pandemiyası bütün sahələrə təsir etdiyi kimi turizm sahəsindən də yan keçməyib. Bölgələrə gediş-gəlişin məhdud çərçivədə olması, bəzi bölgələrdə istirahət mərkəzlərinin, restoranların, otellərin fəaliyyətinin dayandırılması turizm sahəsini demək olar ki, dondurub.

Turizm eksperti Ramin Zamanovun fikrincə, pandemiya dövründə turizm sektoru arxa planda qalıb. Onun sözlərinə görə, bu sahədə çalışanların virusa yoluxma riski də böyükdür. Otellərdə, restoran və istirahət mərkəzlərində yoluxma ehtimalı daha böyükdür.

Ekspert deyir ki, rayonlara gediş-gəlişin məhdudiyyətlərlə olması, ölkədə koronavirusun yayılma səviyyəsini azaltma məqsədi daşıyır. Onun fikrincə, bəzi rayonlarda virusa yoluxma faktının az olması məhdudiyyətlərin nəticə verdiyini göstərir və daha uzun müddət davam etməsinə əsas yaradır.

"Rayonlarda olan otellərin əksəriyyəti demək olar ki, fəaliyyətini dayandırıb. İşlə bağlı regionlara üz tutanlar xüsusi icazə ilə həmin otellərdə qala bilər. Rayonlara istirahət məqsədi ilə gedib, oteldə qalmaq isə mümkün deyil" – o vurğulayıb.

Millət vəkili Malik Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya təkcə bizi yox, bütün dünyanı iflic edib, 6 aya yaxındır bütün dünya ölkələrinin sərhədləri bağlıdır, sərhədlərin pandemiyadan əvvəlki vəziyyətə qayıtmaq ehtimalı hələ yoxdur: "Bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub. Nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmayb".

Onun sözlərinə görə, pandemiya səbəbindən daxili turizm böhranla üzləşib.

Millət vəkili Azərbaycanda koronovirus pandemiyasının qarşısının alınması üçün görülən tədbirləri təqdirəlayiq hesab edir: "Koronavirusa qarşı mübarizədə imzalanan sərəncamlar, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparır. Ölkə başçısı pandemiyaya qarşı mübarizədə hər zaman vətəndaşların sağlamlığını ön planda tutub. Bu səbəbdən də bir sıra önləyici tədbirlər görülüb. Vətəndaşların sağlamlığını düşünərək, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilib və ölkə daxilindəki epidemiya demək olar ki, idarə olunan vəziyyətə gəlib".

M. Həsənov qeyd edib ki, bunun bariz nümunəsi son günlər yoluxma sayının azalması və sağalanların üstünlük təşkil etməsidir. Bütün bunları nəzərə alaraq ölkə əhalisinin sağlamlığı turizm sektorunda olan problemlərlə müqayisədə daha önəmlidir.

771
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0