Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İlham Əliyev faciəli xəbərə belə reaksiya verdi

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidПрезидент Азербайджана Ильхам Алиев
Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident: "Təyyarənin qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım"

BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

An-26 - Sputnik Azərbaycan
Suriyada Rusiya təyyarəsi qəzaya uğradı, çoxlu sayda həlak olan var

"Hörmətli Vladimir Vladimiroviç.

Rusiyanın "An-26" hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, Suriyanın Hmeymim aeroportu yaxınlığında Rusiyaya məxsus "An-26" təyyarəsi qəzaya uğrayıb. Rəsmi məlumata görə, hadisə nəticəsində 27 zabit, o cümlədən bir general-mayor, 26 müxtəlif rütbəli zabit, habelə praporşik və müddətdən artıq hərbi xidmətdə olan hərbçilər həlak olub.

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında görə, həlak olan general-mayor Vladimir Yeremeyevdir. Təyyarədə mülki şəxs olmayıb.

Xəbər lenti
0