İlham Əliyev

Azərbaycan prezidentinə yeni başsağlığı məktubları ünvanlanıb

47
(Yenilənib 15:30 05.03.2018)
Məktublarda Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində insanların həlak olmasından dolayı üzgünlük ifadə olunur

BAKI, 5 mart — Sputnik. Respublika Narkoloji Mərkəzində yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə xarici ölkələrdən gələn başsağlıqları davam edir. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bu gün Ukraynanın prezidenti Petro Poroşenko, Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev və Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina İlham Əliyevə başsağlığı verib.

Məktublarda Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində insanların həlak olmasından dolayı üzgünlük ifadə olunur, Azərbaycan xalqına və prezidentinə başsağlığı verilir.

Xatırladaq ki, yanğının baş verdiyi korpusda 55 nəfər olub. Onlardan 30 nəfər xilas edilib, üç nəfər toksikologiya mərkəzinə aparılıb. Yanğın saat 09:13-də tamamlə söndürülüb. Yanmış konstruksiyaların altından 25 nəfərin cəsədi çıxarılıb.

Hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinin morqunda 15 cəsəd var. 10 cəsəd artıq qohumlarına təhvil verilib. Patoloqoanatomlar ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün bütün cəsədlərdən və ölənlərin qohumlarından nümunələr götürüblər. Yaxın günlərdə ölənlərin hamısının cəsədləri yaxınlarına təhvil veriləcək.

47
Teqlər:
yanğın, məktub, başsağlığı, Azərbaycan prezidenti İlham Əliyev, Respublika Narkoloji Mərkəzi
Əlaqədar
Elşad Xose: Narkoloji mərkəz yanan zaman orda idim
Bakıdakı Narkoloji Mərkəzdə faciə
Narkoloji xəstələrin yanmış cəsədləri morqda - EKSKLÜZİV VİDEO
Yeni Narkoloji Mərkəz istifadəyə veriləcək
Narkoloji xəstənin qardaşı: "Nə ölüsünü tapa bilirik, nə dirisini" - VİDEO
Narkoloji Mərkəzdə baş verən faciə ilə bağlı daha bir üzücü xəbər
Narkoloji Mərkəzdə baş vermiş yanğında 24 nəfər ölüb - Rəsmi