İlham Əliyevə prezidentliyə namizədlik vəsiqəsi verildi

© Official website of President of Azerbaijan RepublicMəzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib
Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib - Sputnik Azərbaycan
Abunə olmaq
Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib

BAKI, 5 mart — Sputnik. Bu gün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış ilk namizəd kimi İlham Əliyevə təbriklərini çatdırdı və namizədlik vəsiqəsini ona təqdim edib.

© Official website of President of Azerbaijan RepublicMəzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib
Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib - Sputnik Azərbaycan
Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib

Dövlət başçısı qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan Respublikasının qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə və bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə etdi, Mərkəzi Seçki Komissiyasının işinə uğurlar arzulayıb.

Seçkilərə hazırlıq işlərinin lazımi səviyyədə həyata keçirildiyini vurğulayan Məzahir Pənahov seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün bütün şəraitin yaradılması ilə bağlı Azərbaycan Respublikası vətəndaşlarının konstitusion hüquqlarının qarantı kimi Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Xatırladaq ki, bu il aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak üçün 13 nəfərin namizədliyi qeydə alınıb.

Xəbər lenti
0