Yanğından xəsarət alanlar toksikologiya mərkəzinə aparılıb

Yanğın zamanı 200 nəfər ölümdən xilas edilib

323
(Yenilənib 13:01 02.03.2018)
Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub

BAKI, 2 mart — Sputnik. Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. Sputnik Azərbaycan xəbər verir ki,  məlumatda 200 nəfərin vaxtında təxliyyə edildiyi bildirilir:

"Martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısaqapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk!"

323
Teqlər:
xəstə, tibbi personal, Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi, yanğın
Mövzu:
Respublika Narkoloji mərkəzində yanğın (18)
Əlaqədar
Bakıda narkoloji dispanserdə yanğın olub - Onlarla ölən var
Kəmaləddin Heydərov, Ramil Usubov və Rüstəm Usubov yanğın baş verən əraziyə gediblər
Bakıda yanğın həyəcanı
Gürcüstan paytaxtında həyəcanlı anlar - İrimiqyaslı yanğın baş verib
Penitensiar Xidmətin binasında yanğın baş verib
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

5
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

5
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək

16
(Yenilənib 22:37 27.11.2020)
"İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası", "Biznesini Yarat Marafonu", "Peşəkar Gənclik Layihəsi"nin həyata keçirilməsi planlaşdırılır

BAKI, 27 noyabr — Sputnik. Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ortaq layihələrə başlayacaq. Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, iki qurum tərəfindən "Gənclərin dayanıqlı məşğulluq proqramı"na start verilməsi və bu proqram çərçivəsində "İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası", "Biznesini Yarat Marafonu", "Peşəkar Gənclik Layihəsi"nin həyata keçirilməsi planlaşdırılır.

Proqramın və həyata keçiriləcək layihələrin müzakirəsi məqsədilə Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu arasında onlayn görüş keçirilib. Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və iki qurumun əməkdaşları iştirak ediblər.

Bildirilib ki, layihələrin icrası zamanı işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan, risk qrupuna daxil olan gənclərlə yanaşı, Vətən müharibəsində iştirak edən, ikinci Qarabağ müharibəsi nəticəsində zərər görən və ya şəhid ailəsinin üzvü olan gənclərə üstünlük veriləcək.

Qeyd edilib ki, layihənin əsas məqsədi də xüsusilə həssas qrupdan olan gənclərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluqlarının təmin edilməsi, gənclərdə rəqabətə davamlılığın artırılması, mövcud potensiallarının reallaşdırılmasıdır.

Görüşdə hər iki qurumun üzərinə düşən öhdəliklər də müzakirə edilib və vəzifə bölgüsü aparılıb. Yaxın günlərdə "Gənclərin dayanıqlı məşğulluq proqramı" və proqram çərçivəsində həyata keçiriləcək layihələr ictimaiyyətə geniş təqdim ediləcək.

16
Teqlər:
əməkhaqqı, biznes, , dəstək, iştirakçı, qazi, Qarabağ, Vətən müharibəsi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

0
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

0
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı