Пачки азербайджанских манатов, фото из архива

Azərbaycanda fəxri adlara görə aylıq təqaüd artırıldı

252
(Yenilənib 10:07 23.02.2018)
“Xalq” fəxri adı üçün məbləğ 150, “Əməkdar” fəxri adı üçün 100 manat müəyyən edilib

BAKI, 22 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” 2005-ci il 4 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 150 manat, “Əməkdar” fəxri adı üçün 100 manat müəyyən edilib.

252
Əlaqədar
İlham Əliyev təqaüd müəyyənləşdirdi
Təqaüd alan tələbələrin sayı kütləvi şəkildə azala bilər

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

19
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

19
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14