Söküntü

Bakıda "Pilot layihə"lərin taleyinə aydınlıq gətirildi

561
(Yenilənib 11:09 16.02.2018)
İcra başçısı narahatedici amillər barədə məlumat verib

BAKI, 16 fevral — Sputnik. Səbail Rayon İcra Hakimiyyətində (RİH) rayon ərazisində "Pilot layihə"ləri həyata keçirən sahibkarlarla görüş keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Səbail RİH-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl yamacında yaranan mövcud vəziyyəti təhlil edib və narahatedici amillər barədə ətraflı məlumat verib.

Qeyd edib ki, "Pilot layihə"ləri həyata keçirən şirkətlərin böyük hissəsi Bayıl yaşayış massivində fəaliyyət göstərir. Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyini alıb.

İcra başçısı təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün RİH tərəfindən aidiyyatı qurumlara Bayılda tikintisi aparılan və aparılacaq "Pilot layihə"lərin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun: "Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir".

561
Teqlər:
Eldar Əzizov, Bayıl, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Səbail Rayon İcra Hakimiyyəti, ekspertiza, icra başçısı, sahibkar, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, mətbuat, pilot layihə, şirkət
Əlaqədar
Bakıda yeni söküntü başlayır, 11 mindən çox sakin köçürüləcək
Yarımadada yeni söküntü xəbərdarlığı narazılığa səbəb olub
Bakı və Sumqayıtda böyük söküntü dalğası gözlənilir, üstəlik kompensasiya ödənilmədən
Bakıda nəhəng söküntü-tikinti planına razılıq verildi
Bakıda nəhəng söküntü qərarı: icra başçılarına təlimat verilib
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

44
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

44
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
 Əldə manat, arxiv şəkli

Nazirlik gecikdirilən pulları məcburən ödətdirdi

17
Ödənilən vəsaitin 172,8 min manatı əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub

BAKI, 27 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yanvar-sentyabr aylarında vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 180 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Ödənilən vəsaitin 172,8 min manatı əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub.

Həmçinin əmək müqavilələrinə qanunvericiliyin tələblərinə zidd olaraq, habelə ciddi səbəblər olmadan xitam verilməsi halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulub. Onlarla müvafiq izahat işləri aparılıb, həmçinin sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə olunub. Bu sahədə görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti cari ildə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını da təmin edib.

17