"Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik edildi

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakimin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur

BAKI, 13 fevral — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişikliyə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişiklik barədə məlumat verib.

Здание парламента Азербайджана - Sputnik Azərbaycan
Milli Məclisin plenar iclası başlayıb

Dəyişikliyə əsasən, "Konstitusiya Məhkəməsi haqqında" qanuna aşağıdakı məzmunda 73.9-cu maddə əlavə edilib:

"73.9. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu Qanunda, həmçinin digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir.".

Təklif olunan dəyişikliyin məqsədi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulması və onların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlardan istifadə edilməsi üçün hüquqi əsaslarının yaradılmasdıdır.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0