Dəmir yolu

Bu istiqamətdə təmir işlərinə başlanıldı

24
(Yenilənib 10:50 07.02.2018)
Əsaslı təmir işlərini 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir

BAKI, 7 fevral — Sputnik. Dəmir yolunun Dəllər-Şəmkir mənzilində 8,6 km dəmir yolu əsaslı təmir olunur. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O bildirib ki, Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur: "Bu gündən etibarən dəmir yolunun Dəllər-Şəmkir mənzilində 8,6 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək".

Qeyd edək ki, əsaslı təmir işlərini 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 450 km dəmir yolu əsaslı təmir olunub.

24
Teqlər:
Dəllər-Şəmkir, əsaslı təmir, şöbə, mərhələ, oktyabr, dəmir yolu, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, mənzil, start
Əlaqədar
Daha bir küçəmiz təmir edilir - Sürücülərin diqqətinə
Bakı metrosunda uzun müddət davam edən təmir işləri başa çatıb
Bu metro stansiyasında təmir işlərinə başlanılıb
Bakının mərkəzi küçələrində bu gecə təmir işləri aparılacaq
Atbulaq stansiyasının baş yolları əsaslı təmir olunur
Bakıda daha bir küçə təmir olundu