Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan-Rusiya diplomatik əlaqələrinin 25 illiyi qeyd olunacaq

© Sputnik / Murad OrujovMilli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbir çərçivəsində mövzu ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən sərgi təşkil olunacaq

BAKI, 7 fevral — Sputnik. Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 6-dan 7-dək Moskvada səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər daxildirlər.

Parlament nümayəndə heyəti Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə Rusiya Federasiyası Dövlət Dumasında keçiriləcək tədbirdə iştirak edəcək. Yığıncağa Dövlət Dumasının rəhbərliyi və deputatlar qatılacaqlar.

Tədbir çərçivəsində mövzu ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən sərgi təşkil olunacaq.

Xəbər lenti
0