İmtahan zalında abituriyent

Magistraturaya hazırlaşanlara xəbərdarlıq

182
(Yenilənib 12:02 02.02.2018)
Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz

BAKI, 2 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib. Bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2018-ci il fevralın 2-dən 12-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği "Şəxsi kabinet"indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 2018-ci il fevralın 2-dən 12 dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir (etdirir). 

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi 2018-ci il fevralın 25-də, ikinci mərhələsi isə iyunun 3-də keçiriləcəkdir. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

Birinci mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaqdır.

Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Bu bakalavrlar 2018-ci il mayın 7-dən 17-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Bakalavrlar imtahanın ikinci mərhələsində test tapşırıqları və ya yazı işi yerinə yetirməli, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyənlər isə yalnız qabiliyyət imtahanı verməlidirlər. İmtahan suallarının cavablandırılmasına imtahanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.

Magistraturaya müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı, dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yerləşdirilir.

Qəbul elanının tam mətni "Magistr" jurnalının 2-ci sayında dərc olunmuşdur. Jurnalın bu sayında bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunub. Eyni zamanda "Magistr" jurnalının bu sayında müsabiqə şərtləri, "Bakalavrın elektron ərizəsi"nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.

Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

182
Teqlər:
xarici dillər, məntiq, qiymətləndirmə, mərhələ, Dövlət İmtahan Mərkəzi, saat, test, intellekt, müsabiqə, qəbul, bakalavr, magistratura, Təhsil Nazirliyi, Azərbaycan Respublikası
Əlaqədar
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan olacaq
Dövlət İmtahan Mərkəzindən abituriyentlərə xoş xəbər, bu il...
Yeni imtahan modelinin mahiyyəti aydın oldu
Dövlət İmtahan Mərkəzi magistrlər üçün şans yaradır
Təhsil nazirindən yeni imtahan modeli açıqlaması
İmtahan yenidən keçiriləcək
Sürücü sükan arxasında, arxiv şəkli

Avtoxuliqanlıq barədə anlayışı "qısaldacaqlar"

5
(Yenilənib 15:55 22.01.2021)
Avtoxuliqanlıq hallarının müəyyən edilməsi qaydalarının dəyişməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək

 

BAKI, 22 yanvar — Sputnik. Hazırda İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə və fərqli şərhlərə səbəb olur.

Sputnik Azərbaycan xəbər verir ki, avtoxuliqanlıq hallarının müəyyən edilməsi qaydalarının dəyişməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək.

Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir. Sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılır:

aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə;

avtomobili və ya motosikli bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə;

avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda.

 

5
Teqlər:
dəyişiklikər, məcəllə, inzibati xəta, avtoxuliqan

“Rus dili olimpiadasına bu qədər şagirdin qatıldığı başqa ölkə tanımıram” İrek Zinnurov

17
(Yenilənib 17:01 22.01.2021)
Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin (“Rossotrudniçestvo”) – yeni rəhbəri İrek Zinnurov artıq öz işinə başlayıb. Pandemiya müddətində mərkəzin əsas fəaliyyət hədəfləri barədə – videomuzda.

Su polosu üzrə ikiqat olimpiya çempionu, Dövlət Dumasının Tatarıstandan seçilmiş sabiq deputatı İrek Zinnurov Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin (“Rossotrudniçestvo”) – rəhbəri təyin olunub. O artıq öz işinə başlayıb: gənclər təşkilatları, universitet rektorları və dövlət departamentləri ilə fəal şəkildə görüşlər keçirir. Yeni rəhbər, ilk növbədə, ölkələr arasında mədəniyyət, idman və bölgələrarası əməkdaşlıq sahəsində əlaqələrin inkişafına diqqət yetirəcək.

"Həmvətənlərimlə görüşdüm və onların “Rossotrudniçestvo” ilə bağlı şikayətlərini dinlədim. İndi bu problemə başqa baxış bucağından yanaşmaq istəyirəm. Biz bəzən axşam saatlarında, hətta lazım gələrsə, şənbə-bazar günlərində, başqa sözlə, həmvətənlərimizə əlverişli olan vaxtda da işləyəcəyik ki, onlar bir-biri ilə rahat görüşüb ünsiyyətdə ola bilsinlər. Mədəniyyət, təhsil, elm sahəsində görülən işləri davam etdirmək niyyətindəyik”, – deyə Zinnurov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.

Yeni rəhbərin sözlərinə görə, o, Azərbaycanın bütün qurumları ilə sıx əməkdaşlıq etməyə hazırdır.

17
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında görüş

Azərbaycan Britaniya hərbi sahədə əməkdaşlıq edəcəklər?

0
(Yenilənib 16:41 22.01.2021)
Səfir Ceyms Şarp deyib ki, Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcək.

BAKI, 22 yanvar — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri azad edilmiş ərazilərdə ordumuz tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar və digər məsələlər barədə səfirə məlumat verib.

Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi qeyd edib.

Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

0
Teqlər:
Böyük Britaniyanın Azərbaycandakı səfiri, Böyük Britaniya