Avtobus sürücüsü

Bakıda avtobusun içində sərnişinin gözünü çıxartdılar

609
(Yenilənib 10:37 02.02.2018)
Sabunçu Rayon Polis İdarəsi hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlayıb

BAKI, 2 fevral — Sputnik. Zabratda avtobusun daşa basılması nəticəsində bir sərnişin ağır xəsarət alıb. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Zabrat qəsəbəsi istiqamətində hərəkət edən 198 saylı sərnişin avtobusuna naməlum şəxs və ya şəxslər tərəfindən bir neçə daş atılıb.

Sonuncu atılan daş avtobusun şüşəsini qıraraq nəqliyyat vasitəsinin sağ tərəfində əyləşən 52 yaşlı Bayramov Şakir Ağaqulu oğlunun baş və göz nahiyələrinə dəyib. Nəticədə sərnişin ağır xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Orada başı müayinə edilən kişinin göz nahiyəsi tamamilə sıradan çıxdığından o, Z.Əliyeva adına Göz Klinikasına göndərilib.

Sabunçu Rayon Polis İdarəsi hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlayıb.

609
Teqlər:
Zərifə Əliyeva adına Göz Klinikası, naməlum şəxs, daş, göz, Zabrat, Kliniki Tibbi Mərkəz, sərnişin, avtobus, xəsarət
Əlaqədar
Bakı-Sumqayıt yolundakı qəza ölümlə nəticələnib
Bakıda körpünün üzərində iki zəncirvari qəza - FOTOLAR
Evdə xəstəsi olduğu üçün tələsən sürücü ağır qəza törətdi
Bakıda qəribə qəza: Avtomobillər məşhur mehmanxanaya çırpıldı
Bakıda ağır qəza: Onlarla insan xəsarət aldı