CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda keçmiş arvadını bıçaqlayan psixi xəstə ər harada gizlənir?

© Sputnik / Murad OrujovСотрудник полиции в Баку, фото из архива
Сотрудник полиции в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cütlük bir ay əvvəl kişinin psixi vəziyyətinin pisləşməsi ilə əlaqədar ayrılıb

BAKI, 1 fevral — Sputnik. Yanvarın 31-i axşam Bakının Yasamal rayonunda baş verən cinayəti törədən şəxs axtarılır. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon prokurorluğundan məlumat verilib.

Saat 19.00 radələrində Zərdabi küçəsindəki 17/51 nömrəli evin qarşısında 1979-cu il təvəllüdlü Bağırov Ramil Feyzulla oğlu bıçaqla keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Babazadə Şahnun Şahin qızına hücum edib. Kişi öz qurbanına döş və qarın nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri yetirib. Nəticədə qadın ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə aparılıb.

Bağırov cinayəti törətdikdən dərhal sonra hadisə yerindən qaçıb gizlənib və hazırda Yasamal rayon Polis İdarəsinin 29-cu bölməsinin əməkdaşları tərəfindən axtarılır. Xəstəxananın həkimləri xəstənin vəziyyətini ağır olaraq qiymətləndirirlər.

İlkin məlumatlara görə, cütlük bir ay əvvəl Bağırovun psixi vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq ayrılıb. Bu nikahdan cütlüyün iki azyaşlı uşağı var. Qeyd olunur ki, məhz psixoz nəticəsində kişi qadına bıçaqla hücum edib.

Əvvəlcə sözügedən cinayət hadisəsi sağlamlığa qəsdən zərər yetirmə kimi təsnif edilsə də, sonra məhkəmə-tibbi ekspertiza müəyyən edib ki, Bağırovun məqsədi qadını öldürmək olub. Bununla əlaqədar olaraq Polis İdarəsi işi araşdırılması üçün Yasamal rayon prokurorluğuna göndərib.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd) və 120-ci (qəsdən adam öldürmə) maddələri ilə cinayət işi açılıb.

Xəbər lenti
0