CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Dəstə ilə manat” qalmaqalına aydınlıq gətirildi - FOTO

© Sputnik / Murad OrujovАзербайджанские манаты разного номинала
Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
Abunə olmaq
Lorenso Sotomoyor: "Mən belə şəkilləri yaymamışam və elə profilim yoxdur"

BAKI, 1 fevral — Sputnik. Azərbaycan boks millisinin və "Qəbələ" İdman Klubunun üzvü, Rio-2016 Olimpiya oyunlarının gümüş mükafatçısı Lorenso Sotomayorun şəxsi "Instagram" hesabında dəstələrlə manat şəkli paylaşması onu izləyənlərin etirazına səbəb olub. İzləyicilər idmançının pul ilə belə şəkillərini bəyənməyib, hətta idmançının ünvanına təhqir də yazıblar.

© Photo : Instagram / lorenzosotomayor"Qəbələ" İdman Klubunun üzvü Lorenso Sotomayor
Qəbələ İdman Klubunun üzvü Lorenso Sotomayor - Sputnik Azərbaycan
"Qəbələ" İdman Klubunun üzvü Lorenso Sotomayor

Sputnik Azərbaycan məsələni araşdırmaq üçün idmançı ilə əlaqə saxlayıb. Sotomayor hazırda Kubada olduğu üçün sorğuya bir qədər gec cavab verib: "Kubada bir müddət öncə telefonumu itirmişəm. Çox güman ki, oğrular telefonumda olan özəl şəkilləri yayıblar. Mən belə şəkilləri yaymamışam və elə profilim yoxdur. Ümumiyyətlə, Kubada olduğum müddətdə internet az olduğundan gec-gec internetə daxil ola bilirəm".

Xəbər lenti
0