Sabahdan məktəblərdə dərs başlayır

© Sputnik / Murad OrujovУчебный процесс в одной из средних школ Баку, фото из архива
Учебный процесс в одной из средних школ Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bildirilib ki, ümumtəhsil məktəblərində tətildən sonra ilk dərslər fevralın 1-də olacaq

BAKI, 31 yanvar — Sputnik. Məktəblilərin qış tətili bitir. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü fevralın 1-də olacaq.

Məlumatda bildirilir ki, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

– 5 gün payız tətili (16-20 noyabr);

– 5 gün qış tətili (27-31 yanvar).

– İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.

Qeyd edək ki, şagirdlərin növbəti istirahəti 8 Mart — Beynəlxalq Qadınlar Günü və Novruz bayramı günlərində olacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı hesab olunduğundan, 24 mart isə şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyündən 26 mart qeyri-iş günü olacaq.

Buna görə də bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq və bununla əlaqədar şagirdlər ardıcıl olaraq həftənin yeddi günü istirahət edə biləcəklər.

Xəbər lenti
0