Xəzərdə gəmilər

Gəmimiz sınaqdan uğurla çıxıb

34
(Yenilənib 15:22 30.01.2018)
Gəmi-bərə Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq

BAKI, 30 yanvar — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin nəqliyyat donanmasına məxsus "Balakən" gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb. QSC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gəmi dəniz sınağından da uğurla çıxıb.

Yapon dənizi, arxiv şəkli
© Photo : Rusiya FHN-in Xabarovsk diyarı üzrə Baş idarəsinin mətbuat xidməti

Gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, baş və köməkçi mühərriklər əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib.

Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama, təmir işləri həyata keçirilib. "Balakən" gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar edilir. Gəmi-bərə Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq.

Məlumat üçün bildirək ki, uzunluğu 154,5 metr, eni isə 17 metr olan gəminin maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

34
Teqlər:
"Balakən" gəmi-bərəsi, nəqliyyat donanması, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, gəmi
Əlaqədar
İçində azərbaycanlıların da olduğu itən gəminin son görüntüsü
İtən gəminin axtarışları davam edir
Gəmi qəzasına görə 3 günlük matəm elan edildi
İranın Xəzərdəki nəhəng hərbi gəmisi iki hissəyə parçalanıb
Daha bir gəmimiz xarici sularda istismara buraxılıb