İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iştirak edib

Prezident İlham Əliyevdən içməli su təminatı ilə bağlı vacib sözlər

117
(Yenilənib 09:58 30.01.2018)
Prezident: "Ölkə üzrə fasiləsiz içməli su ilə təminat 67 faizə çatıb"

BAKI, 29 yanvar — Sputnik. "Ölkə üzrə fasiləsiz içməli su ilə təminat 67 faizə çatıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib:

"2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Ona görə bu sahəyə bu il və gələcək illərdə böyük sərmayə qoyuluşu nəzərdə tutulur ki, biz bu məsələni də həll edək. Demək olar ki, bir çox şəhərlərimizdə içməli su və kanalizasiya layihələri uğurla başa çatıb. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri, — bu da tarixi hadisədir, — inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilibdir. Bu gün bu qurğudan çıxan sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verir".

Prezident, həmçinin Azərbaycanda qazlaşdırmanın 93 faizə çatdığını deyib.

"2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə demək olar ki, qaz yox idi, şəhərlərdə də yox idi, kəndlərdə ümumiyyətlə yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. Bir çox kəndlərimizdə bu proses davam etdiriləcək və bu il görüləcək işlər haqqında bir qədər sonra danışacağıq" — dövlət başçısı qeyd edib.

117
Əlaqədar
İlham Əliyev dəhşətli yanğında ölənlərlə bağlı başsağlığı verdi
İlham Əliyev Davosda vacib görüşlər keçirib
İlham Əliyev dünya nəhənginin lideri ilə görüşüb
Prezident İlham Əliyev əsas məqsədi açıqladı
İlham Əliyev Azərbaycanda medianın durumundan danışdı
Hamilə qadın, arxiv şəkli

Doğuma görə cərimə varmış

2
(Yenilənib 14:41 14.08.2020)
Adətən birinci övlad dünyaya gəldikdə valideynlərin məlumatsız olması bu cür gecikmələrə səbəb olur.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. "Şəhər əhalisi arasında da doğumun gec qeydə alınması faktları var, lakin bu rəqəm o qədər də yüksək deyil. Şəhər yerində bu gecikmələrə ad seçimi, yaşayış yerindən uzaqlaşaraq başqa yerdə yaşamaları da səbəb olur. Bəzən gündəlik işlər və problemlər də buna səbəb olur".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə 1 saylı Bakı "ASAN Xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib. O bildirib ki, adətən birinci övlad dünyaya gəldikdə valideynlərin məlumatsız olması bu cür gecikmələrə səbəb olur: "Üzrlü səbəb olmadıqda, bu zaman 10 manat cərimə tətbiq edilir".

2
Müəllimlərin imtahanı, arxiv şəkli

Müəllimlərin imtahanına tələbələr nəzarət edəcəklər

1
(Yenilənib 14:20 14.08.2020)
Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərirlər

BAKI, 14 avqust — Sputnik. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin Bakı və Sumqayıt şəhərlərində keçiriləcək test mərhələsinin təşkilində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib. Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sosial izolyasiya qaydalarına uyğun olaraq, müsabiqədə iştirak edəcək tələbə-könüllülərin seçimi onlayn müsahibələr vasitəsilə baş tutub. İlkin seçim mərhələsindən sonra keçirilən müsahibələrdə iştirak edən 189 nəfərdən 66-sı tədbirdə nəzarətçi qismində iştirak hüququ əldə edib.

Həmçinin, müsabiqənin test mərhələsində fəaliyyət göstərəcək tələbə-könüllülərə nümayəndələr tərəfindən təlimlər keçirilib. Təlimlər onlayn şəkildə müsabiqənin təşkilatçıları və "Bir" tələbə-könüllü proqramının koordinatorları tərəfindən keçirilib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərirlər.

1
Əlaqədar
Bu gün növbəti qəbul imtahanları keçirilir
İmtahanların nəticələri ilə əlaqədar müraciət edənlərin nəzərinə
Abituriyentlərə ikinci şans verildi, amma topladıqları bal aşağı olacaq
DİM kolleclərlə bağlı abituriyentlərə müraciət etdi