Torpaq sahəsi, arxiv şəkli

Bələdiyyə vergiləri dəyişir: Xüsusi qanun hazırlanır

460
(Yenilənib 16:29 26.01.2018)
"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanunda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi hazırlanacaq

BAKI, 26 yanvar — Sputnik. Yanvarın 26-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyində komitənin payız sessiyasında gördüyü işlər və 2018-ci il yaz sessiyası üçün iş planı olub.

Komitə sədri Arif Rəhimzadə deyib ki, hesabat dövründə komitənin 6 iclası keçirilib və 8 məsələ müzakirə edilib. Onlardan 6-sı qanun layihəsidir və 5-i Milli Məclisdə qəbul edilib. Komitənin ünvanına daxil olmuş 109 müraciət, təklif, ərizə və şikayətin 61-i araşdırılıb lazımi tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. 

Cocuq Mərcanlı kəndi
© Official website of President of Azerbaijan Republic

Milli Məclisin yaz sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulan məsələlərdən danışan komitə sədri deyib ki, "Bələdiyyələrin su təsərrüfatı haqqında" qanunda dəyişikliklər, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunda dəyişikliklər, "Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılşadırılması qaydaları haqqında Əsasnamə"də dəyişikliklərin edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Komitə sədri həmçinin deyib ki, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsinin müvafiq orqanlarla razılaşdırılması və hazırlanması nəzərdə tutulur.

460
Teqlər:
Milli Məclisin Regional məsələlər Daimi Komitəsi, Milli Məclis, Arif Rəhimzadə
Əlaqədar
Atakişiyev: “Büdcəyə vergi daxilolmaların artırılması prioritet təşkil edir”
Yeni vergi layihəsi təsdiqləndi
Yuxuda "vergi" verilən Lerik sakini danışdı: "Bu sirri ilk dəfə açıram"
Vergi ödəyicilərinə şad xəbər

Şəhid olmuş mayorumuz Masallıda son mənzilə yola salınıb

4
(Yenilənib 11:55 15.07.2020)
Ötən gün axşam saatlarında Azərbaycan Ordusunun şəhid olan mayoru Anar Gülverdi oğlu Novruzov doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsində dəfn olunub.

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində şiddətli döyüşlər baş tutub.

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin mayoru 1976-ci il təvəllüdlü Anar  Gülverdi oğlu  Novruzov qəhrəmancasına şəhid olub. Şəhid Anar Novruzovun  cənazəsi  doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsinə gətirilib. Şəhidin cənazəsini qarşılamaq üçün rayon sakinləri küçələrə axışaraq ehtiramlarını bildiriblər.

Şəhidin tabutuna bükülən Azərbaycanın üç rəngli bayrağı övladına təhvil verilib. Şəhid Anar Novruzov iki övlad atası idi.

4
Səfir Elin Süleymanov, arxiv şəkli

Səfir: Ermənistan tərəfi son dövrdə artıq neçənci dəfədir ki, təxribata əl atır

14
(Yenilənib 11:38 15.07.2020)
O, son gərginliyin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf ərazilərdə olan təmas xəttində deyil, Azərbaycanın Ermənistan ilə beynəlxalq sərhəddində baş verməsinə diqqət çəkir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. ABŞ-da yayımlanan geniş izləyici auditoriyası və nüfuza malik Con Batçelor Şou radio proqramında səfir Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şefferlə müsahibə baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, müsahibədə junalist C.Batçelor Ermənistan Azərbaycan münaqişəsi barədə məlumat verərək, ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunduğunu qeyd edir. C. Batçelor Azərbaycana səfəri zamanı cəbhə bölgəsinə səfər etdiyini qeyd edir. Jurnalist Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən sitat gətirərək, Ermənistanın tərəfinin son dövrlərdə artıq neçənci dəfədir ki, təxribata əl atmasından, Azərbaycan hərbi qulluqçularının və mülki əhalisinin həlak olmasından bəhs edir. O, artan gərginliyin münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarına təsirini sorğu edir.

Səfir E.Süleymanov həlak olan şəhidlərimizin ailələrinə başsağlığı verərək, yaralıların tezliklə sağalmağını dilədi. O, münaqişənin regionda sülhə təhlükə olduğunu qeyd edərək, son gərginliyin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf ərazilərdə olan təmas xəttində deyil, Azərbaycanın Ermənistan ilə beynəlxalq sərhəddində baş verməsinə diqqət çəkir. Ermənistanın təxribata əl ataraq, Azərbaycan silahlı qüvvələrinə və mülki əhalisinə hücum etməsindən bəhs edir. Səfir Ermənistan tərəfinin münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarına zərbə vurduğunu, öz əməlləri ilə sülh prosesində maraqlı olmadığını sübut etdiyini bildirir. E. Süleymanov qeyd edir ki, ölkəmizin işğal olunmuş ərazilərində yaratdığı qondarma rejimin danışıqlara tərəf olmasını iddia edən Ermənistan törətdiyi təxribatla münaqişənin əsas tərəfi özü olduğunu bir daha ortaya qoydu. Ermənistan tərəfinin əslində daha çox itkilər verdiyini bildirən səfir ölkə rəhbərliyinin bu faktları gizlətməyə çalışmasını qeyri ciddi adlandırır. Ermənistanın Azərbaycanın beynəlxalq sərhəddinə hücum etməkdə məqsədinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatını məsələyə cəlb etmək olduğunu bildirən səfir, qarşı tərəfin sülh əvəzinə münaqişənin daha da genişlənməsi yolunu tutduğunu bildirir. Səfir Ermənistan müdafiə nazirliyinin öz rəsmi Twitter hesabında müdafiə nazirinə istinad edərək Ermənistanın lazım gələrsə daha çox ərazi "işğal edəcəyini" bildirməsini kəskin qınayır.

Tovuz istiqamətində təxribat törədən Ermənistanın, həmçinin bu ölkə ilə sərhəddə yerləşən Naxçıvan Muxtar Respublikasının mövqelərini atəşə tutmasına diqqət çəkən professor Şeffer, iki ölkənin beynəlxalq sərhəddində baş verən silahlı toqquşmanın regionda gərginliyin artmasının göstəricisi olduğunu bildirdi.

Səfir Süleymanov ölkə Prezidenti İlham Əliyevdən sitat gətirərək, Ermənistanın bu davranışlarının tam məntiqsiz və anlaşılmaz olduğunu vəziyyətin daha da gərginləşməsinə xidmət etdiyini, ilk öncə Ermənistanın özünə ziyan verdiyini bildirdi.

Müsahibənin tam versiyası ilə https://audioboom.com/posts/7632056-catastrophic-firefight-erupts-along-the-azerbaijan-armenia-international-border-elinsuleymanov internet səhifəsindən tanış olmaq mümkündür.

14
Həkim, arxiv şəkli

Daha bir həkim koronavirusun qurbanı oldu

0
Bildirilib ki, koronavirusa yoluxmuş kardioloq Ruhiyyə Kərimova bu gün səhər saatlarında dünyasını dəyişib.

BAKI, 15 iyul — Sputnik. Azərbaycanda daha bir həkim COVID-19 virusunun qurbanı olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Kardiologiya Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, koronavirusa yoluxmuş kardioloq Ruhiyyə Kərimova bu gün səhər saatlarında dünyasını dəyişib.

0