Ərdoğan azərbaycanlı deputata təşəkkür etdi

© Photo : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan Avropa Şurası Parlament Assambleyasındakı cəsur duruşuna və Afrin əməliyyatına dəstəyinə görə də Azərbaycanın AŞPA-dakı nümayəndəsi Səməd Seyidova da təşəkkür edib

BAKI, 26 yanvar — Sputnik. “Türkiyə terrorla mübarizədə qəti olduğunu “Zeytun budağı” əməliyyatı ilə sübut etdi". Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısındakı çıxışı zamanı bildirib.

“Bu gün əməliyyatın 7-ci günüdür və artıq 343 terrorçu məhv edilib. Bunlar təsbit olunanlardır. Bəziləri "müharibəyə yox" şüarları səsləndirirlər. Bu terrorçu sevən dairələrin sülhü sevdiklərini də görmədik.  Atdığımız addım haqlıdır. Biz haqq bildiyimiz yolda sonadək gedəcəyik” — prezident qeyd edib.

Ərdoğan Avropa Şurası Parlament Assambleyasındakı cəsur duruşuna və Afrin əməliyyatına dəstəyinə görə də Azərbaycanın AŞPA-dakı nümayəndəsi Səməd Seyidova təşəkkür edib.

Xəbər lenti
0