Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb

Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb

44
(Yenilənib 11:16 24.01.2018)
Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb

BAKI, 24 yanvar — Sputnik. Ali Baş Komandanın tapşırığı ilə cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

  • Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb
    Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb
    © AR Ministry of Defense
  • Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb
    Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb
    © AR Ministry of Defense
  • Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb
    Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb
    © AR Ministry of Defense
1 / 3
© AR Ministry of Defense
Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb

Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.

44
Teqlər:
müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə Nazirıiyi, müdafiə naziri, Ali Baş Komandan, cəbhə xətti
Əlaqədar
Cəbhə xəttində monitorinq baş tutub
Cəbhə xəttində yeni təlim mərkəzi açıldı
Cəbhə xəttində monitorinq keçirildi
Cəbhə xəttində monitorinq baş tutub
Müdafiə naziri cəbhə xəttində olub
Müdafiə Nazirliyi cəbhə xəttində baş verənlərlə bağlı bəyanat yaydı
Sumqayıt Kimya Sənaye Parkı, arxiv şəkli

Hamısını bir əl idarə edəcək. Bunun nəyi yaxşıdır?

12
(Yenilənib 19:41 26.01.2021)
Ekspertlər yeni agentliyin yaradılmasının ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcəyini vurğulayırlar

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. Prezident İlham Əliyevin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əsasında İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, agentliyin yaradılmasında məqsəd əksər sənaye parkları, sənaye məhəllələri və aqroparkların fəaliyyətinin daha təkmil şəkildə qurulmasına, eyni zamanda innovativ metodlardan istifadə edilməsinə nail olmaqdır: "Əsas məqsəd dövlət dəstəyinin gücləndirilməsi ilə bağlıdır. Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların bir agentlik tərəfindən idarə olunması və nəzarətin həyata keçirilməsi həm də dövlət dəstəyinin gücləndirilməsi baxımından çox vacibdir. Bu, nəticədə imkan verəcək ki, bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi həyata keçirilsin".

Deputat bildirib ki, yeni agentlik həm sənayedə, həm də aqrar sektorda daha innovativ hesab olunan məhsulların istehsalına, dövlət-özəl tərəfdaşlığının və dövlət dəstəyinin gücləndirilməsinə xidmət edəcək:

"O baxımdan, yeni agentliyin yaradılması təqdirəlayiqdir. Bu, birmənalı şəkildə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinə imkan yaradacaq. Xüsusən də kənd təsərrüfatında emaledici məhsulların istehsalında artımlar müşahidə olunacaq".

"Gözlənilir ki, yeni agentliyin formalaşması daha çevik və təkmil idarəetmənin qurulmasına imkan yaratmaqla sənaye və emaledici kənd təsərrüfatı məhsullarının istehsalının artmasına gətirib çıxaracaq", - deyə millət vəkili əlavə edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibov da bildirib ki, sənaye parkları, sənaye məhəllələri və aqroparkların işinin səmərəli və yeni tənzimləyici və idarəetmə çərçivəsində təşkili ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcək: "4-cü sənaye inqilabının texnologiyalarının ölkəyə transfer edilməsi baxımından da yeni islahat tədbiri mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də bio, fiziki və rəqəmsal texnologiyaların tətbiqində yeni agentlik və formalaşmış qanunvericilik bazası mühüm rol oynayacaq. Agentliyin yaranması ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək üçün əhəmiyyət kəsb edir".

12
Miri Yusif

Miri Yusif qazilər üçün pul toplayacaq

8
(Yenilənib 19:13 26.01.2021)
İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq

BAKI, 26 yanvar — Sputnik. Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "YAŞAT" Fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcək.

Konsert "SS Production" şirkətinin və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə reallaşacaq.

İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq. Konsertin informasiya dəstəkçisi "Nargis" jurnalıdır.

Təşkilatçılar hər kəsi yanvarın 31-də saat 18:15-də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırır!

8
Teqlər:
ianə, YAŞAT Fondu, mahnı, konsert, Miri Yusif

Həftənin sonunadək üç nəhəng asteroid "qonağımızdır"

0
(Yenilənib 20:27 26.01.2021)
Bu gün 2021 AL və 2021 BD3 asteroidləri də planetimizin yanından ötüb. Onlarla aramızdakı məsafə Yerdən Ayadək olan məsafənin 10 qatına bərabər olub.

BAKI, 26 yanvar - Sputnik. Bir neçə asteroid bu həftənin sonunadək Yerin yanından keçəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə NASA-nın Yerətrafı Obyektlərin Öyrənilməsi Mərkəzi məlumat yayıb. 

Məlumata görə, yanvarın 28-də Yerdən Ayadək olan məsafənin 5,5 qatı qədər uzaqlıqdan (təxminən 2,2 milyon km) 2021 BZ asteroidi keçəcək. Onun ölçüsü 29-65 metr arası təxmin edilir. O, Bakı vaxtı ilə təxminən 8:12-də Yerə ən yaxın məsafədən keçəcək. 

Bir qədər iri (47-110 m) 2021 AG7 asteroidi isə cümə günü "qonağımızdır". Onun Yerə ən yaxın məsafədən Bakı vaxtı ilə 12:50-də keçəcəyi təxmin edilir. Bu məsafə planetimizdən Ayadək olan məsafədən 11 dəfə çoxdur. Cümə günü axşam üçüncü bir asteroid - 2021 AF7 - daha da uzaq məsafədən keçəcək. Onun ölçülərinin 24-53 m olduğu təxmin edilir. 

Qeyd edək ki, bu gün 2021 AL2021 BD3 asteroidləri də planetimizin yanından ötüb. Onlarla aramızdakı məsafə Yerdən Ayadək olan məsafənin 10 qatına bərabər olub. Təxminən 67 m böyüklükdə olan asteroid Yerin yaxınlığından  5:01-də, balaca asteroid (19-43 m ölçüdə) isə 13:58-də keçib. 

0
Teqlər:
Yer, asteroid