İlham Əliyev Davosda OPEC-in baş katibi ilə görüşüb

Azərbaycan prezidenti OPEC-in baş katibi ilə görüşüb

12
(Yenilənib 14:54 23.01.2018)
Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu başlayır

BAKI, 23 yanvar — Sputnik. Prezident İlham Əliyev Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb. Sputnik Azərbaycan bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Qeyd edək ki, bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu başlayır. Növbəti — 48-ci dəfə keçirilən ənənəvi forum "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında baş tutacaq.

Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Dövlət başçısı "Strateji perspektivlər: Avrasiya" panelindəki müzakirələrdə çıxışı edəcək.

Davos Forumu yanvarın 26-na kimi davam edəcək.

12
Teqlər:
Məhəmməd Barkindo, baş katib, Dünya İqtisadi Forumu, Davos, OPEC, İlham Əliyev, prezident
Əlaqədar
“Davos forumu Azərbaycana bir sıra dividendlər qazandıracaq”
Dünya İqtisadi Forumu başlayır