Avro və rubl

Avro rubl yenidən bahalaşdı

99
(Yenilənib 10:31 23.01.2018)
Avronun məzənnəsi 2,0842 manat, Rusiya rublunun məzənnəsi isə 0,0301 manat təşkil edib

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7001 manat olub. Sputnik Azərbaycan xəbər verir ki, avronun məzənnəsi 0,30% artaraq 2,0842 manat, Rusiya rublunun məzənnəsi isə 0,33% irəliləyərək 0,0301 manat təşkil edib.

99
Teqlər:
manat, ABŞ, valyuta, avro, ABŞ dolları, Azərbaycan Mərkəzi Bankı, məzənnə, rubl, rəsmi
Əlaqədar
Mərkəzi Bank yeni məzənnə rejiminə keçilib-keçilməyəcəyinə aydınlıq gətirdi
Yeni rəsmi məzənnə
Dollar günə yüksək məzənnə ilə başladı
Dollar bayramdan yeni məzənnə ilə çıxıb
Rəsmi məzənnə açıqlandı
Məzənnə belə oldu
Növbəti rəsmi məzənnə açıqlandı
Xalq artisti İlham Namiq Kamal Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmiş Arşın mal alan tamaşasında

"Arşın mal alan" çinli tamaşaçıların qəlbini yenidən fəth edib

2
(Yenilənib 12:21 17.09.2021)
İfaçıların improvizasiyaları, ifa zamanı arabir Çin elementlərindən də istifadə olunması maraqla qarşılanıb və konsert böyük anşlaqla keçib.

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası növbəti dəfə Çində səhnəyə qoyulub. Sputnik Azərbaycan xəbər verir ki, Çində keçirilən "Bir kəmər, bir yol - Böyük Çin səddi" beynəlxalq folklor və incəsənət festivalı çərçivəsində sentyabrın 16-da Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində operettanın yeni quruluşda premyerası (konsert versiyası) təqdim olunub.

Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Çindəki səfirliyi, Çinin Hebey vilayəti xalq hökuməti, Tiencin şəhər bələdiyyəsi və "ENN Group"un dəstəyi ilə hazırlanan konsert 18 sentyabr - Milli Musiqi Gününə və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunub.

Çinin dövlət qurumlarının, diplomatların, incəsənət adamlarının və Çin ictimaiyyətinin nümayəndələrinin tamaşa etdiyi konsertdən əvvəl çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrən Zeynallı tarixi İpək yolunun bəşəriyyət mədəni inkişafında, müxtəlif xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını, İpək yolu üzərində yerləşən Azərbaycanın öz nadir mədəni irsi, o cümlədən musiqisi, ədəbiyyatı ilə tarixən diqqət çəkən bir diyar olduğunu bildirib.

Səfir Ə.Zeynallı görkəmli ictimai xadim, dahi bəstəkar, Azərbaycan klassik musiqisinin və müsəlman Şərqində operanın banisi Üzeyir Hacıbəyli haqqında məlumat verərək deyib ki, Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin yaradıcısı olan Üzeyir bəy "Qafqazın konservatoriyası" olan Şuşada böyüyüb. Hələ gənc yaşlarında müsəlman dünyasında ilk opera olan "Leyli və Məcnun"u bəstələyən Üzeyir Hacıbəyli dünya musiqi tarixinə adını yazdırıb.

Vurğulanıb ki, dahi bəstəkarın doğum günü olan 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur, bu münasibətlə ölkəmizdə "Üzeyir Hacıbəyli" beynəlxalq musiqi festivalı təşkil olunur. Builki festival sentyabrın 18-24-də Qarabağda, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada təşkil olunacaq.

Sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Tiencin şəhərinin Mahnı və Rəqs Opera Teatrının orkestrinin və vokalçılarının ifasında "Arşın mal alan" operettası Çin dilində yeni quruluşda təqdim olunub. Əsərin librettosu müasir həyata uyğunlaşdırılaraq, çinli tamaşaçılar üçün daha anlaşılan edilib. Hazırlıq prosesi təxminən 3 ay davam edib.

Tamaşanın baş məsləhətçisi və koordinatoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Əyyub Quliyev, baş rejissoru Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzinin bədii rəhbəri Klaudia Yanq, opera üzrə kastinq direktoru Li Saofey və Lu Şen, orkestrin dirijoru Sun Cinkay olub. Rolları Çində 1-ci dərəcəli ifaçılardan olan, beynəlxalq müsabiqələr laureatı Van Cınan (Əsgər rolu), beynəlxalq müsabiqələr laureatı Can Yanron (Gülçöhrə rolu) və digərləri ifa ediblər. İfaçıların improvizasiyaları, ifa zamanı arabir Çin elementlərindən də istifadə olunması maraqla qarşılanıb və konsert böyük anşlaqla keçib.

Qeyd edək ki, bu, "Arşın mal alan" operettası Çin ictimaiyyətinə yaxşı tanışdır. Əsər ilk dəfə Çində 1959-cu il mayın 30-da Pekin Eksperimental Teatrında səhnəyə qoyulub. Diqqət çəkən məqam odur ki, "Arşın mal alan" Çində səhnəyə qoyulan ilk xarici operetta olub. Operetta həmin il ərzində Uhan Eksperimental Opera Evi və Tiencin Dövlət İncəsənət Teatrı da daxil olmaqla 3 teatr truppası tərəfindən Çinin müxtəlif şəhərlərində təqdim olunub. Sonrakı illərdə də əsər bir neçə dəfə səhnələşdirilib. Sonuncu dəfə isə 2010-cu ildə Pekində Çin Milli Operasının truppası tərəfindən səhnəyə qoyulub.

2
Teqlər:
'Arşın mal alan'

Milli Parkın ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb

22
Qurduqları torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxslərdən ov zamanı istifadə etdikləri 2 ədəd mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduqları balıqlar aşkar olunaraq götürülüb.

BAKI, 17 sentyabr — Sputnik. Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.

Keçirilən tədbirlər zamanı Masallı rayonu Qızılağac kəndi istiqamətində Qızılağac Milli Parkının Böyük Körfəz su sahəsində qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon sakinləri İlkin Qurbanov və Alim Həsənov saxlanılıblar.

Qurduqları torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxslərdən ov zamanı istifadə etdikləri 2 ədəd mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduqları balıqlar aşkar olunaraq götürülüb. İ.Qurbanov və A.Həsənovun ümumilikdə təbiətə 2211 manat dəyərində maddi ziyan vurduqları müəyyən edilib.

Onu da bildirək ki, Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları ekoloji cinayət törədənlərlə yanaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini də davam etdirir. Təkcə cari ilin ötən dövrü ərzində şöbə əməkdaşları tərəfindən 7 kiloqramdan artıq güclü təsiredici xassəyə malik narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Həmçinin oxuyun:

Bacarıqları heyrətləndirir, amma polis daha peşəkar çıxdı - VİDEO

22
Teqlər:
balıq, milli park