Министерство обороны Азербайджанской Республики

Müdafiə Nazirliyi cəbhə xəttində baş verənlərlə bağlı bəyanat yaydı

344
(Yenilənib 23:40 21.01.2018)
Müdafiə Nazirliyi: Ermənistan mətbuatının Azərbaycanın PUA-larla mina zərbələri endirməsi barədə yaydığı xəbər yalandır

BAKI, 21 yanvar — Sputnik. "Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin cəbhə xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə erməni mövqelərinə mina zərbələri endirilməsi barədə yaydığı xəbərin heç bir əsası yoxdur və bu yalan informasiyadır".

Müdafiə Nazirliyi mətbuat xidməti Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, Müdafiə Nazirliyinin Azərbaycan kəndlərinin düşmən tərəfindən atəşə tutulması barədə verdiyi xəbərdən dərhal sonra ermənilər bu kimi dezinformasiya yayıblar.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusu cəbhə xəttində atəşkəs rejiminə tam riayət edir: "Düşmənin iddia etdiyi kimi, əgər tərəfimizdən bu cür tədbir həyata keçirilərdisə, o zaman Ermənistan qoşunlarının çoxsaylı itkilərə məruz qalması qaçılmaz olardı".

344
Teqlər:
mina zərbələri, Azərbaycan kəndləri, erməni mövqeləri, dezinformasiya, pilotsuz uçuş aparatları, Müdafiə Nazirliyi, Ermənistan, Azərbaycan
Əlaqədar
Azərbaycanın “xüsusi təyinatlı gözəli” müdafiə nazirinə kitab həsr edib
Dövlət idarəsi Müdafiə Nazirliyinə qarşı dava açdı
Müdafiə naziri orduya tapşırıq verdi
Müdafiə Nazirliyi toplanmış vəsaitin məbləğini açıqladı
Azərbaycanın keçmiş müdafiə naziri həbs edilib