Nizami kino mərkəzi

“Nizami” repertuarını dəyişdi

27
(Yenilənib 22:53 21.01.2018)
Bu gün pulsuz film nümayiş olunacaq

BAKI, 20 yanvar — Sputnik. Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar repertuar dəyişdirilib

Sputnik Azərbaycan xəbər verir ki, kinoteatrda nümayişdə olan filmlər yığışdırılıb. Bu gün saat 15:00-da "Nabat" nümayiş olunacaq. Filmin nümayişi pulsuzdur.

Qeyd edək ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Nabat" filmi Qarabağ müharibəsindən bəhs edir. Filmin quruluşçu rejissoru Elçin Musaoğludur.

Filmin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edir. Nabat isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.

Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir.

Filmdə baş rolu İran aktrisası Fatimə Motomedareya ifa edir.

27
Teqlər:
20 Yanvar faciəsi, repertuar, nümayiş, "Nabat", Nizami Kino Mərkəzi
Əlaqədar
Kinoteatr çökdü, yaralılar var
Yeni “CinemaPlus” kinoteatrı açılacaq
Kinoteatrların dublyaj problemi həllini tapmır
Bakıdakı kinoteatrlarda hansı ölkənin filmlərinə daha çox baxılır?
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

1
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

1
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA
Köhnə avtobus, arxiv şəkli

Bakıda dizel yanacağı ilə işləyən sərnişin avtobusları istismardan çıxarılacaq

2
(Yenilənib 15:28 25.11.2020)
BNA: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

BAKI, 25 noyabr — Sputnik. Yaxın gələcəkdə Bakı şəhərinin sərnişindaşımasında istismarda olan dizel yanacaqlı avtobuslar kənarlaşdırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, hazırda dövlət sifarişi ilə ölkəyə avtobus gətirən sahibkarlara avtobusların CNG yanacağı ilə işləyən, mütləq ekoloji təmiz olması tapşırılır: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

2
Teqlər:
sərnişin avtobusu, sərnişin, BNA