SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ açıqlamasını alqışlayır

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır
BAKI, 15 yanvar — Sputnik. Azərbaycan tərəfi Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Rusiyanın XİN rəhbəri Sergey Lavrov bazar ertəsi Moskvada ilin yekunlarına dair keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi mərhələli yanaşma tələb edir:
"Bu problemi bir sənədlə birdəfəlik tam həll etmək alınmayacaq. Ona görə də hazırda mümükün olan razılıqlar və sonradan yekun həll üçün üzərində işlənməsini tələb edən məsələlər, o cümlədən Dağlıq Qarabağın statusu əsasında mərhələli yanaşma lazımdır. Odur ki, hər şey tərəflərin özlərindən asılıdır".
Xəbər lenti
0