Dollar, manat

Yeni rəsmi məzənnə

191
(Yenilənib 11:20 11.01.2018)
Mərkəzi Bank bu günə olan rəsmi məzənnələri açıqlayıb

BAKI, 11 yanvar — Sputnik. Yanvar ayının 11-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi yanvarın 10-u ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.0312 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0298 manata düşüb.

Yanvarın 10-da rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.0293 manata, 1 rubl 0,0299 manata bərabər idi.

191
Teqlər:
rəsmi, yanvar, rubl, məzənnə, Mərkəzi Bank, Avro, manat, dollar
Əlaqədar
Dollar günə yüksək məzənnə ilə başladı
Dollar bayramdan yeni məzənnə ilə çıxıb
Rəsmi məzənnə açıqlandı
Məzənnə belə oldu
Növbəti rəsmi məzənnə açıqlandı
Rəsmi məzənnə dəyişdi
Экипажи бронетехники совершенствуют боевые навыки

Müdafiə Nazirliyi: Erməni taborunun şəxsi heyəti Tonaşendəki mövqelərini qoyub qaçır

53
(Yenilənib 12:37 30.09.2020)
Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçır

BAKI, 30 sentyabr — Sputnik. Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinən daxil olan məlumatda bildirilir

"Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçır", - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Qeyd edək ki, Tonaşen kəndi Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. Kənd erməni silahlı qüvvələrinin işğalı altındadır.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

53
(0:19 / 2.46Mb / просмотров видео: 340)

Azərbaycan Ordusu Ermənistan mövqelərinə qüvvətli artilleriya zərbələri endirir - VİDEO

84
(Yenilənib 12:31 30.09.2020)
Bütün cəbyə boyu döyüşlər davam edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ordumuzun bölmələrinin düşmən mövqelərinə artilleriya zərbələri endirdiyi andan video yayıb. Daha ətraflı - videoda.