CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyevdən sevindirici xəbər

© Official website of President of Azerbaijan Republicİlham Əliyev “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın açılış mərasimində iştirak edib
İlham Əliyev “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın açılış mərasimində iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident: "2018-ci ildə yeni mənzillərlə təmin ediləcək məcburi köçkünlərin sayı ötən illə müqayisədə iki dəfə artırılacaq"

BAKI, 10 yanvar — Sputnik. "2018-ci ildə yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı ötən illə müqayisədə iki dəfə artırılacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı onu da vurğulayıb ki, sosial infrastruktur lahiyələrinin icrası davam etiriləcək, bölgələrdə modul tipli məktəblərin tikintisi aparılacaq: "Regionlarda və paytaxtda məktəblərin və tibb müəssisələrinin təmiri və inşası həyata keçiriləcək".

Sənaye məhəllələrinin yaradılması prosesinin davam etdiriləcəyini, kənd təsərrüfatının inkişafı üçün addımların atılacağını, yeni xalça fabriklərinin açılışının nəzərdə tutulduğunu deyən Prezident bildirib ki, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, sitrusçuluq ilə bağlı müsbət nəticələr əldə olub və bu sahələrə diqqət davam etdiriləcək.

Xəbər lenti
0