Metro stansiyası

Bakı metrosunda növbəti intihar hadisəsi olub

1088
(Yenilənib 10:17 09.01.2018)
Olay nəticəsində qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb

BAKI, 8 yanvar — Sputnik. Bakı metrosunda intihar olayı baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Sputnik Azərbaycan-a bildirib ki, təxminən saat 22:10 radələrində 20-25 yaşlarında gənc oğlan metronun “Ulduz” stansiyasında özünü qatarın altına atıb. Qatarın altına düşən gənc hadisə yerindəcə keçinib.

Olay nəticəsində qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb. İntihar edən şəxsin meyiti çıxarılandan sonra qatarların hərəkəti bərpa olunub.

Hələlik intihar edənin şəxsiyyəti məlum deyil. Onun üzərində heç bir sənəd olmayıb.

1088
Teqlər:
Ulduz stansiyası, Nəsimi Paşayev, intihar, gənc, qatar, Bakı metrosu
Əlaqədar
Metro yaxınlığında partlayış oldu, bir nəfər yaralandı
Paşayev: “Metro stansiyalarında konsert olacaq”
Təklif: Avtobus və metroda aylıq gedişhaqqı 15 qəpik olsun
Həmin gün metro saat 1-ə qədər işləyəcək
Dörd aydır bağlı olan metrostansiyadan xəbər var
Kənd məktəbi, arxiv şəkli

Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək

6
(Yenilənib 08:09 26.11.2020)
Bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

6
Teqlər:
ümumtəhsil məktəbləri, "Təhsil haqqında" Qanun, Prezident İlham Əliyev, məktəb

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

17
(Yenilənib 08:10 26.11.2020)
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

17
Teqlər:
Fövqəladə Hallar Nazirliyi, partlamamış hərbi sursat, minalardan təmizlənmə, ANAMA