CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL-dan sərnişinlərə "sürpriz"

Abunə olmaq
Bütün reyslərdə qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq

BAKI, 5 yanvar — Sputnik. 2018-ci il yanvarın 15-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir. Belə ki, bundan sonra sərnişinlər uçuşa bir saat qalmış hava limanında qeydiyyatda iştirak etməlidirlər. Əks təqdirdə uçuşa buraxılmayacaqlar.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində "Check"in prosesi online həyata keçirilir. Hava limanlarında isə qeydiyyat əsasən uçuşa 40 dəqiqə qalmış bağlanılır. Ölkəmizdə isə onine "Check"in ənənəsi demək olar ki, yox səviyyəsindədir. Sərnişinlər bunun üçün mütləq öncədən təyin olmuş vaxtda hava limanında olmaq məcburiyyətindədirlər.

İndiyə qədər AZAL qeydiyyatı uçuşa 40 dəqiqə qalmış bağlayırdı.

Xəbər lenti
0