Azərbaycanlı aktrisanın şəkilləri Türkiyəni başına götürdü — FOTOLAR

© Photo : Instagram / nesrin.cavadzadeAktrisa Nəsrin Cavadzadə
Aktrisa Nəsrin Cavadzadə - Sputnik Azərbaycan
Abunə olmaq
"Nəsrinciyik" adlı fan klubun flaşmobu "Sadəcə qəlbimizdə yox, hər yerdə sən varsan" şüarı altında təşkil etdiyi bildirilir

BAKI, 2 yanvar — Sputnik. Türkiyədə yaşayıb-işləyən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə barədə maraqlı informasiya yayılıb. Pərəstişkarları küçəbəküçə gəzərək, onun şəkillərini divarlara, dirəklərə yapışdırıblar.

© Photo : Instagram / nesrin.cavadzadeAktrisa Nəsrin Cavadzadə
Aktrisa Nəsrin Cavadzadə - Sputnik Azərbaycan
Aktrisa Nəsrin Cavadzadə

Nəsrin bu flaşmoba görə onlara təşəkkür edib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, öz şəkillərini küçələrdə görən aktrisa həm çox təəccüblənib, həm də çox sevinib. O bildirib ki, bu hərəkət onu çox duyğulandırıb.

© Photo : Instagram / nesrin.cavadzadeAktrisa Nəsrin Cavadzadə
Aktrisa Nəsrin Cavadzadə - Sputnik Azərbaycan
Aktrisa Nəsrin Cavadzadə

Onu sevən bir qrup şəxs aktrisanın şəkillərini İstanbul, Ankara və İzmirdə divarlara və elektrik dirəklərinə yapışdırıb. "Nəsrinciyik" adlı fan klubun flaşmobu "Sadəcə qəlbimizdə yox, hər yerdə sən varsan" şüarı altında təşkil etdiyi bildirilir.

© Photo : Instagram / nesrin.cavadzadeAktrisa Nəsrin Cavadzadə
Aktrisa Nəsrin Cavadzadə - Sputnik Azərbaycan
Aktrisa Nəsrin Cavadzadə

İspaniyada çəkilişi davam edən "Desentierro" filmi üçün tez-tez Valensiyaya gedən Cavadzadə fanatlarının belə bir şey etdiyini eşidəndə duyğulandığını deyib.

"Göz yaşlarımı tuta bilmədim. Ankara, İstanbul və İzmirdə belə flaşmobların təşkil olunması məni çox sevindirdi. Onlarla mənim aramda xüsusi bağlılıq var" — deyə aktrisa bildirib.

Xəbər lenti
0