Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

Sülhməramlılarımızla bağlı məhdudiyyət götürüldü

59
(Yenilənib 22:46 29.12.2017)
Ziyafət Əsgərov: “Kontingent daha geniş anlayış olduğuna görə gələcəkdə bunların sayı azala da bilər, arta da bilər"

BAKI, 29 dekabr — Sputnik. Parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında" Milli Məclisin 2002-ci il 15 noyabr tarixli 378-IIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklərə əsasən, adında "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində" sözləri "Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin" sözləri ilə, mətnində "Azərbaycan Respublikası Silahlı Qüvvələri dörd taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində" sözləri isə "Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin" sözləri ilə əvəz edilib.

Layihə barədə parlament sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

O, bildirib ki, Silahlı Qüvvələrimizin 4 taqımı Əfqanıstanda NATO strukturlarının komandanlığı altında Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində fəaliyyət göstərir, sülhyaratma missiyasını həyata keçirir: "Təklif olunan variantda 2 redaktə xarakterli dəyişiklik nəzərdə tutulur. Birinci məsələ odur ki, 2016-cı ilin sentyabr ayında Azərbaycanda referendum keçirilib. Referendumda Silahlı Qüvvələrin statusunda müəyyən qədər dəyişikliklər olub. Yəni hazırda Əfqanıstanda xidmət keçəcək hərbi qulluqçularımız bütövlükdə Silahlı Qüvvələrin yox, Azərbaycan Ordusunun hərbi qulluqçuları olacaq. İkinci məsələ isə budur ki, burada 4 taqım nəzərdə tutulur. Amma yeni redaksiyada təklif olunur ki, bunun əvəzində Azərbaycan Ordusunun kontingenti nəzərdə tutulsun. Yəni 4 taqım sözü kontingent sözü ilə əvəz edilir. Bu da təbiidir. Çünki bu kontingent daha geniş anlayış olduğuna görə gələcəkdə bunların sayı azala da bilər, arta da bilər. Yəni bu 4 taqım ilə özümüzü məhdudlaşdırmayaq".

Bu Qərar 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.

59
Teqlər:
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, dəyişiklik, Ziyafət Əsgərov, Parlament, sülhməramlı
Əlaqədar
Əfqanıstan prezidenti Azərbaycan sülhməramlılarının fəaliyyətindən məmnundur
Azərbaycanın Əfqanıstan əməliyyatındakı rolu müzakirə obyektidir
Əfqanıstandan şok açıqlama: bu ölkələr "Taliban"a silah və pul verir
Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsi ilə bağlı ilkin hesabat açıqlanıb
Azərbaycan sülhməramlıları Əfqanıstana yollandılar