Müdafiə naziri cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb

Nazir prezidentin mükafatlarını sahiblərinə çatdırıb

48
(Yenilənib 12:10 27.12.2017)
Müdafiə naziri cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb

BAKI, 27 dekabr — Sputnik. Cəbhəboyu zonada səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank bölmələrində olub. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxlayan nazirə məruzə olunub ki, silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.

Müdafiə naziri zirehli texnikalarda atış və sürücülük çalışmalarının öyrənilməsi üçün nəzərdə tutulmuş trenajor kompleksində təlim-məşq qurğularına baxış keçirib və mərkəzin tədris imkanlarını yüksək qiymətləndirib. Bildirilib ki, təlim mərkəzində trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş tətbiqi üzrə praktiki vərdişlər təkmilləşdirilir.

  • Müdafiə naziri cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb
    Müdafiə naziri cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb
    © AR Ministry of Defense

1 / 8
© AR Ministry of Defense
Müdafiə naziri cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb

Burada məşq edən şəxsi heyətlə görüşən general-polkovnik Z.Həsənov Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb və fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb.

48
Teqlər:
döyüşə hazır vəziyyət, müdafiə naziri general-polkovnik Zakir Həsənov, hərbi texnika, cəbhə, şəxsi heyət
Əlaqədar
Müdafiə naziri döyüş bölgəsində ordunun hazırlıq vəziyyətini yoxladı
Ali Baş Komandan müdafiə nazirini cəbhə zonasına göndərib
"Bir dəfə riyaziyatçı müdafiə naziri oldu, nəticəsini gördük"
Müdafiə nazirinin müavini ictimaiyyəti ehtiyatlı olmağa çağırdı
Qaz plitəsi, arxiv şəkli

Bu rayonun da qışla bağlı problemləri həll olundu

4
(Yenilənib 14:33 26.09.2020)
Şamaxı rayonunda 51 məntəqədə qazlaşma işləri başa çatdırılıb və qazlaşma səviyyəsi bu gün üçün 97 %-dən bir qədər artıq təşkil edir.

BAKI, 26 sentyabr — Sputnik. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bu günlərdə dövlət sifarişi ilə qazlaşdırılması həyata keçirilən daha bir yaşayış məntəqəsinə qaz açılışı təmin olunub.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, belə ki, Şamaxı rayonunun Qaleybuğurd kəndinə qaz çəkilişi tamamlanıb. 153 abonenti olan Qaleybuğurd kəndində qazlaşdırma işlərinin həyata keçirilməsi üçün birpilləli sistem əsasında müxtəlif diametrli 12 877 metr uzunluqda polad boru vasitəsi ilə daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bununla da Şamaxı rayonunda 51 məntəqədə qazlaşma işləri başa çatdırılıb və qazlaşma səviyyəsi bu gün üçün 97 %-dən bir qədər artıq təşkil edir. Başqa sözlə, rayonda 21 303 abonent təbii qazdan istifadə edir. Şamaxı rayonu üzrə qazlaşdırılmayan 11 yaşayış məntəqəsi qalır ki, bundan da hal-hazırda 3-də qaz çəkilişləri davam etdirilir.

4
Məktəbli, arxiv şəkli

Azərbaycanda daha 10 şagirddə koronavirus aşkarlanıb

8
Daha 1 sinif distant təhsilə keçirilib. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib. 

BAKI, 26 sentyabr - Sputnik. Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən bildirilib ki, 51 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 10 şagird və 2 işçidə koronavirus aşkarlanıb.

Daha 1 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 12-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib. 

8
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Belə insanlar koronavirusa az yoluxurlar

0
(Yenilənib 14:44 26.09.2020)
Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a oluxma riskini 54 faiz azaldır.

BAKI, 26 sentyabr — Sputnik. Boston Universitetinin Tibb məktəbinin alimləri müəyyən edib ki, koronavirusa yoluxan xəstələrin qanındakı normal vitamin D səviyyəsi, az olanlarla müqayisədə xəstəlik ağırlaşan zaman daha az ölümlə nəticələnir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yetərli D vitamini səviyyəsi çox olan 40 yaşından böyük xəstələrdə virusdan ölüm halı 51,5 daha az olur.

"Bu araşdırma D vitamininin yetərli olmasının sitokin fırtınası və COVID-19-dan ölüm halının qarşısını aldığını sübut edir" - deyə araşdırma rəhbəri Maykl Holk bildirib.

Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a yoluxma riskini 54 faiz azaldır.

Eyni zamanda vitamin D təkcə koronavirusla deyil, digər digər nəfəs yolu xəstəliklərinə yoluxmanın qarşısını alır.

0