“Zəngəzur” sənədli filminin təqdimatı

“Zəngəzur” “Qubadlı” sənədli filmləri təqdim edilib

60
(Yenilənib 18:35 26.12.2017)
“Qubadlı” 3 D qrafik təsvirli filmi, Qarabağ Xalçaları elektron albomu, mərkəzin yeni funksional portalı da ictimaiyyətə təqdim olunub

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə əməkdaşlıq çərçivəsində “Virtual Qarabağ” İnformasiya  Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə — Azərbaycan, ingilis, rus dillərində istehsal etdiyi “Zəngəzur” sənədli filminin təqdimatı olub. Bundan başqa, mərkəzin istehsalı olan “Qubadlı” 3 D qrafik təsvirli filmi, Qarabağ Xalçaları elektron albomu, mərkəzin yeni funksional portalı da ictimaiyyətə təqdim olunub.

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev
© Sputnik / Murad Orujov
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev

Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Virtual Qarabağ”  İnformasiya Kommunikasiya Texnologiyaları mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə əməkdaşlıq çərçivəsində Mərkəz tərəfindən istehsal olunan “Zəngəzur” sənədli filmi Azərbaycanın qədim tarixi torpaqlarından olan Zəngəzur mahalının azərbaycanlılara  məxsus olması və bu gerçək həqiqət haqqında ermənilərin dünyanı yanıltması barəsindədir: “Azərbaycanın qədim tarixi torpaqlarından  olan Zəngəzurun azərbaycanlılara məxsus olması haqqında məlumatların Azərbaycan cəmiyyətinə, dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə obyektiv şəkildə çatdırmaq sənədli filmin əsas məqsədidir. Filmdə Zəngəzurda olan azərbaycanlılara məxsus yer adları və onların dəyişdirilməsindən, qədim və orta əsrlərdə Zəngəzurda baş verən hadisələrdən, bu ərazilərə ermənilərin köçürülməsindən, Zəngəzurda ermənilərin törətdiyi qırğınlardan, Zəngəzurun mədəni irsindən, görkəmli şəxsiyyətlərindən bəhs olunur”.

AMEA Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov
© Sputnik / Murad Orujov
AMEA Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov

“Azərbaycanda Zəngəzur haqqında ilk dəfədir ki, əhatəli və 3 dildə sənədli film çəkilib. Filmin xarici dillərinin orjinallığı da onun dünyaya yayılmasını asanlaşdırır” – deyə o bildirib.

Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev sonda filmin çəkilişində əziyyəti olan şəxslərə —  filmin baş məsləhətçi, AMEA  A.Bakıxanov adına Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudova, ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafaya, qurluşçu rejissoru Teymur Nəcəfzadəyə, ingilis versiyasının redaktoru, İngiltərədən olan jurnalist İan Peartə və digər əməkdaşlara təşəkkürünü bildirib.

“Zəngəzur” sənədli filminin təqdimatı
© Sputnik / Murad Orujov
“Zəngəzur” sənədli filminin təqdimatı

Tədbirdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qubadlı Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində ərsəyə gələn “Qubadlı” 3 D qrafik təsvirli film nümayiş olunub. Layihə Azərbaycan və ingilis dilində istehsal olunan “Qubadlı – virtual səyahət” 3 D qrafik təsvirli film vasitəsilə Qubadlının tarixi abidələri, qalaları, küçələri, müsəlman və xristian abidələri qrafik təsvirlə, sanki canlandırılır, bir növ, tamaşaçı Qubadlı rayonuna virtual səyahətə çıxır.

“Zəngəzur” sənədli filminin təqdimatı
© Sputnik / Murad Orujov
“Zəngəzur” sənədli filminin təqdimatı

Tədbirdə “Virtual Qarabağ” İKT mərkəzinin yeni məhsullardan biri olan  “Qarabağın xalçaları” elektron albom da təqdim olunub. Məlumdur ki, Azərbaycanın ən qədim bölgələrindən biri olan, bu torpağın incisi sayılan Qarabağ həm də dünyaya səs salan xalçaçılıq mərkəzlərindən biridir. Belə zəngin mədəni irsin qorunması, onun gələcək nəsillərə sağlam şəkildə çatdırılması, yad əllərə düşməsinin qarşısının alınması zəruri mədəni fəaliyyətlərdəndir. “Qarabağın xalçaları” elektron albomu da məhz bu vacib məqsədə xidmət edir. Albomda məşhur Qarabağ xalçaları haqqında qısa məlumat və fotolar öz əksini tapır.  Layihənin elmi məsləhətçisi Akademik Nailə Vəlixanlıdır. Mətnin müəllifi və tərtibatçı tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovadır.

Sonda mərkəzin yeni funksional portalı — www.virtualkarabakh.az da gücləndirilmiş formada ictimaiyyətə təqdim olunub.  Bildirilib ki, portal  müasir dövrün tələblərinə uyğun olaraq daha dinamik, müasir dizaynda yenidən qurulub.

Xatırladırıq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulması, Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumat verməkdir.

60
Teqlər:
Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi, Milli Elmlər Akademiyasının Tarix İnstitutu, təqdimat, sənədli film, Gənclər və İdman Nazirliyi
Əlaqədar
Azərbaycanlı aktyor Burak Özçivitlə birgə təqdimata niyə gəlmədi?
Astanada Əli Həsənovun geoiqtisadiyyata dair kitabının təqdimatı keçirildi
“Aprel atəşkəsi” kitabının təqdimatı keçirildi
“Çippolino” rusiyalı rejissorun təqdimatında
"Olimpiya tarixi, idman siyasəti" kitabının təqdimatı olub
Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Nazirdən məktəbəqədər təhsillə bağlı paylaşım

2
(Yenilənib 17:45 20.04.2021)
Layihə çərçivəsində valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirmək üçün ilk 5 il platforması yaradılıb.

BAKI, 20 aprel — Sputnik. Məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə hazırda ölkəmizin 50 şəhər və rayonunda 466 mərkəzdə 9373 uşağı əhatə edən 500 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında məlumat verib.

Xəbərdə qeyd edilir ki, bu icma əsaslı qruplarda ümumilikdə 486 nəfər müəllim çalışır. Layihə çərçivəsində valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirmək üçün ilk 5 il platforması yaradılıb. Layihə Heydər Əliyev Fondu, Avropa İttifaqı və UNİCEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

2
Teqlər:
paylaşım, nazir, məktəbəqədər təhsil
Azərbaycanlı hərbçilər, arxiv şəkli

İtkin düşmüş hərbçilərimizin sayı açıqlandı - RƏSMİ

8
2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusunun itkin düşdüyü müəyyən olunmuşdu.

BAKI, 20 aprel — Sputnik. "İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, Murov dağı silsiləsində isə əlverişli təbii şərait imkan verənədək axtarışlar təxirə salınıb.

"O cümlədən həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək", - məlumatda qeyd olunub.

Məlumata görə, 2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusunun itkin düşdüyü müəyyən olunub, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş 362 nəfər hərbi qulluqçumuzun meyitlərinin olduğu ərazilər və basdırıldığı yerlər müəyyənləşib, şəhidlərimizin meyitləri ərazilərdən götürülərək, o cümlədən basdırıldıqları yerlərdən çıxarılaraq müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.

8
Teqlər:
Hərbi Prokurorluq, say, itkin düşmə, hərbçilər, Azərbaycan Ordusu