Пачки азербайджанских манатов и калькулятор

Azərbaycanda minimum əməkhaqqı artırıldı

933
(Yenilənib 10:19 26.12.2017)
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb

BAKI, 25 dekabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi qeyd olunub. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bununla da “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 87) 1-ci hissəsi ləğv edilir.

933
Əlaqədar
Mollalarımız maaş da alacaqlar
Kral ailəsi işçi axtarır - maaş 3500 manat
Maaş və pensiyalar artırılacaq
Hansı tələbələrə maaş veriləcək?