Yeni Bakı

"Yeni Bakı" sakinləri məsuliyyətə cəlb olunur...

243
(Yenilənib 10:16 20.12.2017)
Onların haqqında Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 221.3 maddələri ilə cinayət işi açılıb

BAKI, 19 dekabr — Sputnik. "Yeni Bakı" yaşayış kompleksinin sakinlərinə qarşı cinayət işi açılıb. Sputnik Azərbaycan xəbər verir ki, Abşeron rayonundakı "Yeni Bakı" yaşayış kompleksinin sakinləri ilə "İlin dörd fəsli" MMC arasında olan çəkişmə sakinlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnib.

Belə ki, Abşeron Rayon Məhkəməsi Səmədov Səməd Mirəli oğlunu, Əliyev Əmiralı Qadir oğlunu və Vəliyev Azad Şamil oğlunu cinayət məsuliyyətinə cəlb edib, onların haqqında Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 221.3 maddələri ilə cinayət işi açılıb.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, sakinlərin cinayət əməli sübut edilərsə, onlar 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

243
Teqlər:
Abşeron Rayon Məhkəməsi, Vəliyev Azad, Əliyev Əmiralı, Səmədov Səməd, Abşeron rayonu
Əlaqədar
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üçün vəsait ayrıldı
"Bakı Olimpiadası şahmat tarixində yeni səhifə açacaq"
"Yeni Bakı" sakinləri etiraz edir
«Yeni Bakı» yaşayış kompleksində rüşvət qalmaqalı
Dilarə Kazımova, arxiv şəkli

"Avroviziya" mahnı müsabiqəsinin iştirakçısından "Azərbaycanım" - VİDEO

1
Bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq sosial mediada yeni işini paylaşıb.

BAKI, 23 noyabr — Sputnik. Müğənni Dilarə Kazımova vətənimizin qələbə qazanması münasibətilə yeni mahnısı "Azərbaycanım"ı təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq yeni işini özünün "Instagram" səhifəsində paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от D I L A R A (@dilarakazimova)

Musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluya aid olan iş barədə Dilarə fikirlərini belə ifadə edib: "İnformasiya cəbhəsində vuruşanda eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Öz töhfəmi musiqi ilə, səsimlə vermək niyyətində idim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Mən çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini tərənnüm edir. Stimul verir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir".

D.Kazımova mahnı üçün kamera qarşısına da keçib. O, Gülnarə Xəlilovanın "Xalçaların dili" kolleksiyasından libas geyinib.

Qeyd edək ki, mahnının aranjmanı Camal Qurbanov, miks və soundu isə Samir Əsədova məxsusdur.

1
Teqlər:
müsabiqə, Dilarə Kazımova, qələbə, mahnı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Rusiyalı minaaxtaran, arxiv şəkli

Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

4
(Yenilənib 21:33 23.11.2020)
Pavel Pautov deyib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

BAKI, 23 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib.

"Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək" - deyə rusiyalı hərbçi vurğulayıb.

4
Teqlər:
sülhməramlılar, Rusiya, Mina