Bıçaq

Bakıda kişi üstündə dava: qadın ərinin sevgilisinə altı bıçaq zərbəsi vurdu

430
(Yenilənib 10:50 18.12.2017)
Əliyar adlı kişinin həyat yoldaşı və sevgilisi əlbəyaxa oldublar

BAKI, 18 dekabr — Sputnik. Bakıda qadın ərinin sevgilisinə 6 bıçaq zərbəsi vurub. Sputnik Azərbaycan report-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, rayonun İlyas Aslanov küçəsində 1994-cü il təvəllüdlü Babayeva Aynurə Fazil qızı Əliyar adlı şəxsin həyat yoldaşı ilə əlbəyaxa dava edib. Nəticədə qadın A.Babayevaya 6 bıçaq xəsarəti vurub. O, yaralı halda xəstəxanaya yerləşdirilib. Məlum olub ki, hadisə qısqanclıq zəmnində baş verib. Belə ki, Əliyarın (soyadı məlum deyil) həyat yoldaşı A.Babayevanı ərinə qısqanıb.

Hadisəni törədən qadın saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

430
Teqlər:
qısqanclıq, bıçaq, həyat yoldaşı, sevgili, dava, qadın
Əlaqədar
Abşeronlu gəncə on iki bıçaq vuruldu
Məşhur idmançının ailəsində dəhşət: arvadı bir uşağını boğdu, o birini bıçaqladı
Bakıda 45 yaşlıları bıçaqdan keçirdilər
Bunu da gördük: Bibi qardaşı oğlunu bıçaqladı
Bakıda qanlı gecə: 3 nəfər bıçaqlandı, birinin boğazını kəsmək istədilər

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev