“Gələcəyin sağlam əsgəri” tədbiri

Amil Şirinli: Orduda xidmət edəcək sağlam gənclik yetişdirməliyik

241
(Yenilənib 01:00 19.12.2017)
"Gələcəyin sağlam əsgəri" tədbiri keçirilib

BAKI, 15 dekabr — Sputnik. "Məqsədimiz orduda xidmət edəcək sağlam gəncliyin formalaşdırılmasıdır. Gənclər hər zaman, hər yerdə aparıcı qüvvədir. Sağlam gənclik isə dövlətin gələcəyinin təminatıdır".

Bu fikirləri Bakı şəhərindəki 91 saylı məktəbdə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gələcəyin sağlam əsgəri" layihəsi çərçivəsində keçirilən tədbirdə layihənin rəhbəri Amil Şirinli deyib.
O, belə təşəbbüslərin dəstəklənməsinin gənclər arasında vətənpərvərlik hisslərini gücləndirəcəyini deyib.

"Bu tədbirlər yetişməkdə olan nəslin özünə inam hissinin güclənməsinə səbəb olur. Gənclər arxalarında dövlətin dəstəyini gördükdə sabaha ümidləri daha da möhkəmlənir" — deyən Şirinlinin fikrincə, gənclərimizin hərtərəfli inkişafı üçün dövlət gənclər siyasəti çərçivəsində geniş imkanlar yaradılır.

Məktəbin direktoru Svetlana Zülfüqarova da dövlətin gənclərə qayğısı, hərbi vətənpərvərlik hisslərinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

“Gələcəyin sağlam əsgəri” tədbiri
Mahirə Əmirhüseynova
“Gələcəyin sağlam əsgəri” tədbiri

AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin eksperti Emin Həsənli isə deyib ki, Azərbaycan gəncliyi yaradılmış münbit hüquqi bazaya söykənərək ölkəmizin çiçəklənməsində mühüm rol oynayır.

"Bu göstərici istər elm, səhiyyə və mədəniyyət kimi bir çox sahələrdə, istərsə də ordu quruculuğunda müşahidə olunur. Bu kriteriya ilə gənclərin ordumuzun daha da möhkəmlənməsində xidmətini gücləndirmək hər zaman diqqət mərkəzində saxlanılır" — deyə Emin Həsənli bildirib.

"Gələcəyin sağlam əsgəri" layihəsinin əsas məqsədi Azərbaycan ordusunda xidmət edəcək gənclərin xidmətə başlamazdan öncə ideoloji və psixoloji hazırlığının təmin edilməsinə yardımçı olmaqdır. Layihə çərçivəsində tədbirlər davam edəcək.

241
Teqlər:
Emin Həsənli, ordu, əsgər, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondu, Amin Şirinli
Əlaqədar
Azərbaycan qadınlarının inkişafına yardım edəcək daha bir layihə başa çatdı
Müdafiə Nazirliyindən əsgər valideynlərinə çağırış