Eldar Mahmudov

Eldar Mahmudova yenə ifadə verib FOTO

184
(Yenilənib 01:05 17.12.2017)
Keçmiş nazir bu dəfə oğlu Anar Mahmudovun biznesi və ölkədən çıxardığı külli miqdarda pulla bağlı dindirilib

BAKI, 15 dekabr — Sputnik. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu gün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə çağırıldığı və ifadə verdiyi məlum olub.

Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində
Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində

Sputnik Azərbaycan "AzPolitika"ya istinadən xəbər verir ki, keçmiş nazir bu dəfə oğlu Anar Mahmudovun biznesi və ölkədən çıxardığı külli miqdarda pulla bağlı dindirilib. A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub.

Xatırladaq ki, Eldar Mahmudov köməkçisi və qohumu, hazırda həbsdə olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib.

184
Teqlər:
Anar Mahmudov, Ağır Cinayətlərə qarşı İstintaq İdarəsi, ifadə, istintaq, Eldar Mahmudov
Əlaqədar
Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı
Eldar Mahmudov həbs oluna bilər
Eldar Mahmudov Baş Prokurorluğa çağrıldı
Eldar Mahmudovun əmisi oğlu azadlığa buraxıldı
Eldar Mahmudovun barəsində cinayət işi açılır