Smolensk meşəsində axtarış

Müharibədə itkin düşmüş Laçın sakinindən 74 il sonra xəbər gəldi...

938
(Yenilənib 10:02 15.12.2017)
Azərbaycanlı əsgər, yefreytor İbiş Mirzəyevin qalıqları Rusiya Federasiyasının Smolensk vilayətində tapılıb

BAKI, 14 dekabr — Sputnik. Böyük Vətən müharibəsi zamanı, 1943-cü il sentyabrın 26-da öldürülən azərbaycanlı əsgər, yefreytor İbiş Mirzəyevin qalıqları Rusiya Federasiyasının Smolensk vilayətində tapılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Mirzəyev 1907-ci ildə Azərbaycan SSR-in Laçın rayonunda anadan olub. Döyüşçülərin axtarışı ilə Sovet İttifaqı qəhrəmanı P.D.Xrenov adına birlik məşğul olub. Onun tərkibinə "Patriot", "Çeka" və "Sapşo" kimi dəstələr daxildir.

2017-ci ildə aparılan axtarışlar nəticəsində Smolensk vilayəti ərazisində itkin düşmüş 26 cəsur döyüşçünün qalıqları tapılıb. Arxiv materiallarının tədqiqi nəticəsində bu adamların adlarını bərpa etmək mümkün olub. Bu günlərdə məlum olub ki, Mirzəyevlə yanaşı Rusiyanın Başqırdıstan, Saratov, Tula, Voronej vilayətlərinin, eləcə də Gürcüstan, Qazaxıstan, Ukrayna və Özbəkistandan olan əsgərlərin də qalıqları tapılıb.

Axtarış aparanlar indiyə qədər haqlarında heç nə məlum olmayan döyüşçülərin qohumlarını tapılması istiqamətində yorulmadan çalışırlar. Döyüşçülərin cəsədləri bu gün artıq öldükləri yerdə deyil, "Xatirə düzənliyi"ndə dəfn olunub. Onların yenidən dəfn olunması mərasimi 21 sentyabr 2017-ci ildə RF Smolensk vilayətinin Demidov rayonunda keçirilib.

Qeyd etmək lazımdır ki, Böyük Vətən müharibəsi həyatından qırmızı xətlə keçən minlərlə insanın taleyi, eləcə də onların dəfn olunduğu yer qaranlıq qalır.

Rusiya prezidenti Vladimir Putin həlak olmuş döyüşçülərin xatirəsini əbədiləşdirmək məqsədilə bir sıra göstəriş və fərmanlara imza atıb. Buna müvafiq olaraq, Rusiya Müdafiə Nazirliyi  2007-ci ildə "Memorial" Ümumiləşdirilmiş Məlumatlar Bankı yaradıb. Bankda Böyük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə həlak olmuş və itkin düşmüş döyüşçülər barədə məlumatlar toplanıb.

Bu gün hər birimizin imkanı var ki, bu layihə sayəsində müharibədə ölən doğma və yaxınlarımız barədə məlumat əldə edək və onların dəfn olunduğu yeri müəyyənləşdirək.

"Memorial"da 17 milyon insanın arxiv sənədləri, həmçinin 45 mindən artıq dəfn olunmuş döyüşçünün pasportu toplanıb. Hazırda istənilən şəxs real sənədlərlə tanış ola və adamların axtarışını həyata keçirə bilər.

"Memorial" Ümumiləşdirilmiş Məlumat Bankına bənzəyən məlumat bankı dünyanın heç yerində yoxdur.

938
Teqlər:
İbiş Mirzəyev, "Memorial" Ümumiləşdirilmiş Məlumatlar Bankı, qalıqlar, Böyük Vətən Müharibəsi, əsgər, azərbaycanlı
Əlaqədar
İsrailə müharibə hədəsi: Ordu Qüds üçün borcunu verməyə hazırdır
Donald Trampdan "iki dünya müharibəsi” iddiası
Çeçen liderdən İsrailə müharibə xəbərdarlığı
Abbasov: “Trampın qərarı müharibəyə gətirib çıxaracaq”
Bakı küçələrində və Qarabağ müharibəsində bizi robotlar əvəz edəcək?
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8