Yol polisi

Yol polisi paytaxtda qəza törətdi

112
(Yenilənib 10:18 15.12.2017)
Qəza nəticəsində ağır xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib

BAKI, 14 dekabr — Sputnik. Bakıda yol polisi qəza törədib. Sputnik Azərbaycan qafqazinfo-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarında DYP avtomobili qəza törədib. Hadisə saat 05:20 radələrində Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində baş verib.

1987-ci il təvəllüdlü Samir Bənziyevin idarə etdiyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus "BMW" markalı 99 YP 453 nömrəli avtomobil işıqforda dayanan, 1989-cu il təvəllüdlü Rüstəm Allahverdiyevin idarə etdiyi "Opel" markalı, 90 GT 630 nömrəli avtomobili arxadan vurub.

Qəza nəticəsində ağır xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

112
Teqlər:
"OPEL", ziyan, "BMW", yol polisi, döymə vurmaq, qəza
Əlaqədar
Sürücülərlə kobud rəftarın nəticəsi: Yüzlərlə yol polisi cəzalandırılıb
Yol polisi ilə bağlı daha bir qalmaqallı video ortaya çıxdı
Sürücünün başını "partladan" yol polisi danışdı - VİDEO
Yol polisindən olub-olacaqlar barədə açıqlama
Yol polisinə qiyməti 100 mindən baha olan "Mercedes"lər verildi