Silahlı Qüvvələr

Silahlı Qüvvələrə mühüm vəzifə verilir - Azərbaycanda ilk dəfə

1023
(Yenilənib 17:34 14.12.2017)
"İndiyədək Müdafiə Nazirliyi cəbhə bölgəsi, foto, video, məlumatlar ilə bağlı xəbərdarlıq edib"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinə əlavə vəzifələr verilir. Yenidən hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin 4-cü (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsinin 10-cu bəndində bildirilir ki, Silahlı Qüvvələr öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq.

Maddənin 15-ci bəndinə əsasən isə Silahlı Qüvvələr beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq vəzifəsini də yerinə yetirəcək. Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Məsələ ilə bağlı hərbi ekspert Rəşad Süleymanov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun ilk olaraq 1991-ci ildə qəbul edilib və bu sənəd 10 maddədən ibarət olub: "Ümumiyyətlə, bu, sadəcə silahlı qüvvələr haqqında anlayışları əhatə edib və bir çox vəzifələr burada əksini tapmamışdı. Yəni qısa bir sənəd idi".

"Amma ötən illər ərzində Azərbaycan Silahlı Qüvvələri həm döyüş əməliyyatlarında, həm də beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edib. Həmçinin fövqəladə halların aradan qaldırılmasında, daxili təhlükəsizliyin təmin edilməsində silahlı qüvvələrin müəyyən bölmələri iştirak edib" — ekspert bildirib.

Onun sözlərinə görə, hərbi sahə daim yenilənməyə məruz qalır və bu sahə dinamik inkişaf edir: "Ona görə də silahlı qüvvələrin vəzifələrinə yenidən baxılmasına və silahlı qüvvələr haqqında yeni qanun layihəsinin qəbul edilməsinə tələb, ehtiyac var. Neçə ildir ki, Azərbaycanın hərbi doktrinası, bununla yanaşı, silahlı qüvvələr ilə bağlı digər sənədlər də qəbul edilib. Bu da silahlı qüvvələrin qarşısında yeni tapşırıqlar qoyur".

Süleymanovun dediyinə görə, bu gün dünya miqyasında silahlı qüvvələr təkcə lokal və yaxud qlobal səviyyəli döyüş əməliyyatlarında, müharibələrdə iştirak etmir: "Eyni zamanda, silahlı qüvvələr ölkənin təhlükəsizliyinə bilavasitə cavabdehdir. Buraya terrorla mübarizə, xarici missiyalar, eləcə də kiber təhlükəsizlik daxildir".

"Dünyanın əksər ölkələrində informasiya təhlükəsizliyinin təmin edilməsində digər strukturlarla yanaşı, silahlı qüvvələr də müəyyən dərəcədə iştirak edir. Məsələn: Çində, Rusiyada, ABŞ-da informasiya müharibələrinin aparılması, informasiya təhdidləri ilə bağlı xüsusi birləşmələr mövcuddur. Bunlar təkcə mətbuat ilə işləmirlər, yəni informasiya təhlükəsizliyi, müharibəsi dedikdə burada müxtəlif aspektlər mövcuddur. İnformasiya müharibəsi, müharibələrin yeni bir müstəvisidir. Bu baxımdan da "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsində bunların öz əksini tapması vacibdir" — mütəxəssis vurğulayıb.

Həmsöhbətimiz əlavə edib ki, daxili qoşunlar və sərhəd qoşunları beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizədə də yaxından iştirak edirlər: "Silahlı qüvvələrin tərkib hissəsi olaraq sözügedən hər iki qurum mütəmadi olaraq ölkənin təhlükəsizliyinin təmin edilməsində özlərini göstəriblər. Lazım olarsa, digər ölkələrdəki kimi, ordu bölmələrinin də bu əməliyyatlarda iştirakı əksini tapmalıdır. Çünki ordu döyüş əməliyyatları aparmaq üçün ixtisaslaşıb".

R. Süleymanov onu da diqqətə çatdırıb ki, dünyada sülh və təhlükəsizliyin təmin edilməsində, terrorla mübarizədə Azərbaycan Silahlı Qüvvələrinin də öz töhfəsi var: "Bu kontekstdə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" yeni qanun layihəsi daha mütərəqqidir. Bu qanundan sonra müəyyən sənədlərin — informasiya doktrinası, strategiyanın hazırlanması da reallaşacaq".

Hərbi ekspert Üzeyir Cəfərov da Sputnik Azərbaycan-a açıqlamasında bu dəyişiklikləri zəruri hesab etdiyini deyib: "Son vaxtlar sosial medianın, şəbəkənin artması çox böyük problemlərlə müşayiət olunur. Dəfələrlə Müdafiə Nazirliyi də bu məsələləri ictimaiyyətin diqqətinə çatdırıb. İctimaiyyət də təəssüf ki, bu məsələlərə ciddi yanaşmır".

"Müharibə vəziyyətində olan bir ölkədə informasiya təhlükəsizliyi məsələsi ən vacib məsələlərdən biri olmalıdır. Çünki ön xətt, ümumiyyətlə, zabit, gizir və əsgərlərimiz ilə bağlı ən xırda ehtiyatsızlıq müəyyən problemlərin yaşanmasına gətirib çıxardacaq. Bunlar qanunda öz əksini tapacaq" — Cəfərov bildirib.

Onun sözlərin görə, artıq bundan sonra Müdafiə Nazirliyi sərbəst şəkildə informasiya təhlükəsizliyi, o cümlədən terrorizmlə mübarizə və digər məsələlərdə qanun pozuntularına yol vermiş şəxslərə qarşı qanun çərçivəsində addımlar atmaq imkanı əldə edəcək: "Bu, Azərbaycanda ilk dəfə baş verəcək. İndiyədək Müdafiə Nazirliyi cəbhə bölgəsi, foto, video, məlumatlar ilə bağlı xəbərdarlıq edib. Bundan sonra isə sosial şəbəkə istifadəçiləri, jurnalistlər və yaxud mülki şəxslər bu məsələlərdə son dərəcə ehtiyatlı, diqqətli olmalıdırlar".

1023
Teqlər:
informasiya təhlükəsizliyi, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun, hərbi ekspert, döyüş əməliyyatları, Rəşad Süleymanov, Sputnik Azərbaycan, Silahlı Qüvvələr, Üzeyir Cəfərov, Müdafiə Nazirliyi, Azərbaycan, qanun
Əlaqədar
Səfir: "Silahlı qüvvələr arasındakı əməkdaşlıq mükəmməl səviyyədə olmalıdır"
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
"Əhalinin təhlükəsizliyi üçün Silahlı Qüvvələrimiz lazımı tədbirlər görəcək"
Silahlı Qüvvələrimizin mövqelərinə həmlələr edilib
DSX əsgəri, arxiv şəkli

Baş Prokurorluq sərhədi qanunsuz keçənlərlə bağlı xəbərdarlıq etdi

14
(Yenilənib 12:43 21.10.2020)
Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

 

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları,eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici videoçarxlar hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

14
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Moskvaya səfər edib

26
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

26
Moskvada tibb işçiləri, arxiv şəkli

Qonşu ölkədə bir gündə 300-dən çox şəxs öldü

0
(Yenilənib 12:46 21.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 21 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15700 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 317 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1096560-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40,7 milyonu keçib, 1,2 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0