Narkotik vasitə

Bakıda böyük əməliyyat: 6 kiloqram narkotik tutuldu

55
(Yenilənib 10:52 05.12.2017)
6 kiloqram 20 qram çəkidə həşiş qətranını Bakı şəhər sakininə satmağı planlaşdırırmış

BAKI, 5 dekabr — Sputnik. Dövlət Gömrük Komitəsi Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsi barədə əməliyyat məlumatı daxil olub. Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, külli miqdarda narkotik vasitənin nəzarət qaydasında alınaraq dövriyyədən çıxarılması və cinayət əməllərində əlbir olan şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə gömrük əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Nəticədə, Azərbaycan Respublikasının vətəndaşı Zəka Zəkara oğlu Əliyev adları hələlik istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları tərəfindən İrandan Azərbaycana gömrük sərhədindən gömrük nəzarətindən kənar yolla gətirilən 6 kiloqram 20 qram çəkidə həşiş qətranını Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində şərti alıcıya satmaq istəyərkən saxlanılıb.

Beləliklə, Zəka Zəkara oğlu Əliyev şübhəli şəxs qismində tutulub, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

55
Teqlər:
Bülbülə, Dövlət Gömrük Komitəsi, əməliyyat, İran, həşiş
Əlaqədar
Sərhəddə yoxlanıldı, qarnında "narkotik anbarı" tapıldı
Azərbaycanda uşaqların sevdiyi şokoladın içində narkotik aşkarlanıb?
Azərbaycanlı iş adamı həbsxana gözətçisinə fahişə, narkotik və içki sifariş verib
Sürücü çantasında narkotik aparırmış...
Şok hadisə: Körpə uşaq narkotik dozasından öldü

Əyani təhsil başlayanda şagirdləri nələr gözləyir?

2
(Yenilənib 16:26 20.01.2021)
Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması təhsilə də sirayət edəcək. KİV-də məlumat yayılıb ki, Təhsil Nazirliyi məktəbləri açmağa hazırlaşır, ancaq konkret vaxt deməyə hələ tələsmir

Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb. 

Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur. 

Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə: 

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

2
Bakıda klinikaların birində koronavirus testi

Azərbaycanda koronavirus: rəqəmlər azalır

7
(Yenilənib 17:05 20.01.2021)
İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib

BAKI, 20 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib, aktiv xəstə sayı 7 367 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, ötən müddət ərzində isə ümumilikdə 2 336 498 test aparılıb.

7
Teqlər:
statistika, Azərbaycan, test, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər