Sport time jurnalı

"İlin ən yaxşıları" mükafatlandırılacaq

35
(Yenilənib 10:09 05.12.2017)
"Sport Time" jurnalının "2017-ci ilin ən yaxşıları" nominasiyası üzrə qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək

BAKI, 4 dekabr — Sputnik. "Sport Time" jurnalının "2017-ci ilin ən yaxşıları" nominasiyası üzrə qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək. Təqdimat dekabrın 7-si, saat 12-də "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək. Tədbirdə nominasiyalar üzrə seçilmiş 20 qalibə diplom və mükafatlar təqdim olunacaq.

Nominasiya qalibləri arasında idman ictimaiyyətinin tanınmış simaları, idman kompleksləri, gənclər və yeniyetmələr yer almaqdadır.

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

35
Teqlər:
qaliblər, "Sport Time" jurnalı, nominasiya, təqdimat, mükafat
Əlaqədar
"Sport Time" jurnalının növbəti sayı işıq üzü görüb
"Sport Time"ın payız sayı çapdan çıxdı
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi

Tibbi maska infeksiya mənbəyinə çevrilərsə...

7
(Yenilənib 16:00 20.04.2021)
Azərbaycan Həkimləri İctimai Birliyinin idarə heyətinin üzvü Ədalət Rüstəm bildirib ki, tibbi maskadan istifadə müddəti 2 saatdan artıq ola bilməz.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda koronavirus pandemiyası dövründə açıq və qapalı şəraitdə maskadan istifadə məcburi olduğundan, maskadan virusdan qorunmaq məqsədilə deyil, cərimə olunmamaq üçün istifadə edənlər də az deyil. Məlumata görə, keçən ilin mart ayından bu ilin martına qədər ölkədə 77 mln. 600 min tibbi maska satılıb. Statistikanı şərh edən tanınmış iqtisadçı Natiq Cəfərli tibbi maskadan istifadə ilə bağlı hesablama aparıb: "Ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşlarının maska taxmadığını (amma məktəblər açıq olanda taxırdılar) nəzərə alsaq, deməli, təqribən, 8,5 mln. əhali il ərzində maska taxmalı idi. Tibbi maskaların hər 2-3 saatdan bir dəyişmək lazım olduğu deyilir. Ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində ən azı 3 maska dəyişməli idi. Deməli, gün ərzində 8,5x3= 25,5 mln. ədəd, ay ərzində 765 mln. ədəd, il ərzində isə 9 milyard 180 mln. ədəd maska istifadə edilməli idi. Bizdə isə 1 ilə 77,6 mln. maska satılıb, ilə 1 nəfərə 9 maska düşür. Deməli, orta statistik vətəndaş 40 günə 1 maska istifadə edib".

İqtisadçı bildirib ki, maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır. O qeyd edib ki, əhaliyə pulsuz maska paylanılmalıdır ki, qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm də sağlamlıq üçün təhlükəsiz olsun: "Hər vətəndaşa, heç olmasa, aya 10 maska pulsuz verilməlidir, camaat polisin, cərimənin qorxusundan və pulsuzluqdan 1 maskanı 40 gün taxır, bu zülmdür, gələcək böyük sağlamlıq problemlərinin təməlidir".

Həkimlər də tibbi maskadan uzun müddət istifadənin düzgün olmadığını söyləyirlər.

Azərbaycan Həkimləri İctimai Birliyinin (AHIB) idarə heyətinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tibbi maskadan istifadə müddəti 2 saatdan artıq ola bilməz. Onun sözlərinə görə, tibbi maska həmin müddətdən sonra keyfiyyətini itirir: "Tibbi maskanın əsas funksiyası qorumaqdır. İnsanlar pandemiya dövründə maskanı virusdan qorunmaq üçün istifadə edirlər. Amma bəzən bir maskanı bir gün və yaxud bir neçə gün istifadə edən insanlar var. Həmin şəxslər bilməlidirlər ki, bu zaman maska onları virusdan qorumayacaq. Əksinə, uzun müddət istifadə edilmiş maska infeksiya mənbəyinə çevriləcək".

Ə.Rüstəm xüsusilə yay fəslində bir tibbi maskadan iki saatdan artıq istifadənin düzgün olmadığını söyləyir. Onun sözlərinə görə, havalar isindikcə tərləmə nəticəsində maska daha tez çirklənir. Bu zaman maskanı tez-tez dəyişmək lazım gəlir".

Qeyd edək ki, N.Cəfərli açıq havada maska taxmaq tələbinin ləğv edilməsinin vacibliyini də qeyd etmişdi.

7
Zəngilanda hərbi hissənin açılış mərasimi

Azərbaycan Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradıb

8
(Yenilənib 15:48 20.04.2021)
Üçrəngli bayrağımızın dalğalandığı, işğaldan azad olunmuş müqəddəs sərhədlərimizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün qürur mənbəyi olması vurğulanıb.

BAKI, 20 aprel — Sputnik. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, aprel ayının 20-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə DSX rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov çıxış edərək Xidmətin rəisi general-polkovnik Elçin Quliyevin təbri­kini şəxsi heyətə çatdırıb.

Bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının dövlət sərhədlərinin etibarlı mühafizəsi üzrə qarşıya qoyulan tapşırıqların uğurlu icrası üçün böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

  • Zəngilanda hərbi hissənin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • Zəngilanda hərbi hissənin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • Zəngilanda hərbi hissənin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • Zəngilanda hərbi hissənin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • Zəngilanda hərbi hissənin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
1 / 5
© State Border Service of Azerbaijan Republic
Zəngilanda hərbi hissənin açılış mərasimi

Üçrəngli bayrağımızın dalğalandığı, işğaldan azad olunmuş müqəddəs sərhədlərimizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün qürur mənbəyi olması vurğulanıb.

Sonra tədbir iştirakçıları hərbi hissənin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, ikimərtəbəli binada yerləşən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və digər texniki vasitə­lərə baxış keçiriblər. Hərbi hissəyə su və elektrik xətləri çəkilib, həmçinin fasiləsiz elektrik enerjisi təminatı üçün ehtiyat generator qurğusu yerləşdirilib, istilik təchizatı üçün qazanxana tikilib. Hərbi hissənin ərazidaxili yoluna asfalt salınıb.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunub.

8
İstanbula mənzərə, arxiv şəkli

Türkiyədən Fransa Yunanıstana sərt xəbərdarlıq

0
(Yenilənib 16:19 20.04.2021)
Hər iki səfirin diqqətinə bənzər hadisə baş verəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələrinin ünsürlərinin lazımi cavabı vermə haqqının olması mesajı xüsusilə çatdırılıb.

BAKI, 20 aprel — Sputnik. Fransa və Yunanıstanın Türkiyədəki səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Türkiyə xəbər verir ki, Türkiyə Aralıq dənizindəki sərhədinin pozulması ilə bağlı diplomatik yolla reaksiya vermək qərarı alıb.

XİN-ə dəvət olunan Yunanıstanın səfiri Michael-Christos Diamessis ilə Fransa səfiri Herve Magro ilə üz-üzə baş tutan görüşlərdə onlara sərt şəkildə etiraz edilib. Hər iki səfirin diqqətinə bənzər hadisə baş verəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələrinin ünsürlərinin lazımi cavabı vermə haqqının olması mesajı xüsusilə çatdırılıb.

Qeyd edək ki, ötən şənbə günü bölgəyə göndərilən Türkiyə freqatı həm Fransanın araşdırma gəmisinə, həm də Yunanıstanın "Elli" adlı freqatına bölgəni tərk etməsinə dair xəbərdarlıq edib. Xəbərdarlığın ardından hər iki gəmi bölgəni tərk edib.

 

0
Teqlər:
Aralıq dənizi, xəbərdarlıq, Yunanıstan, Fransa, Türkiyə