Джейран Азербайджан

Şəkidə reyd zamanı cüyür ovçuları saxlanılıb

69
(Yenilənib 18:04 04.12.2017)
Təqsirkar şəxslər barəsində protokollar tərtib olunub və hazırda onların məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür

BAKI, 4 dekabr — Sputnik. Reyd zamanı qanunsuz ovlanmış 2 baş cüyür aşkar edilib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, 3 dekabr 2017-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Şəki rayon Baş Kəldək kəndinin dağlıq meşə ərazisində birgə keçirdikləri reyd zamanı qanunsuz cüyür ovlanması faktı aşkar edilib.

Reyd zamanı meşə ərazisində "Niva" markalı 55 BD 533 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı başı boğazından kəsilmiş, dərisi soyulmuş, çəkiləri 9 və 13 kiloqram olan 2 baş cüyürün əti və 2 ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırma zamanı qanun pozucularının Şəki rayon Baş Kəldək kənd sakinləri Dağlar Hüseynov, Telman Məmmədov və sonuncunun oğlu Alim Məmmədovun olduğu müəyyən edilib. Təqsirkar şəxslər barəsində protokollar tərtib olunub və hazırda onların məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

69
Teqlər:
cüyür, Şəki rayonu, reyd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, protokol
Əlaqədar
Ərəbistandan ölkəmizə təkcə ovçular gəlmir, həm də...
Qubalı ovçular özləri ova çevrildilər
İngilis ovçu köpəkbalığından canını belə qurtardı
"Ovçu"nun sonu
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

9
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

9
Erməni hərbçiləri, arxiv şəkli

Hadrut, Füzuli Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlandı

11
Sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək.

BAKI, 17 yanvar - Sputnik. Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, erməni hərbçilərin meyitləri Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb. Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı meyit tapılmayıb.

Qeyd edilir ki, sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri həlak olanların meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.

Məlumata görə, bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb.

11