Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü olub

Prezidentlərin təkbətək görüşü olub

19
(Yenilənib 14:21 01.12.2017)
Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib

BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qanini qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən "Asiyanın Qəlbi – İstanbul Prosesi" çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib.

Bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə olunub.

19
Teqlər:
Məhəmməd Əşrəf Qani, Əfqanıstan İslam Respublikası, İlham Əliyev, görüş, prezident
Əlaqədar
Bakıda mühüm beynəlxalq konfrans keçirilir
Əfqanıstan prezidenti Azərbaycan sülhməramlılarının fəaliyyətindən məmnundur
Püşakatma, arxiv şəkli

Püşk atıldı, Azərbaycan klublarının rəqibləri bilindi

4
"Sumqayıt" klubu tarixində ikinci dəfə Avropa turnirində öz gücünü sınayacaq. "Qarabağ", "Neftçi", "Keşlə" də bu gün mötəbər tunirlərdəki rəqiblərini tanıyıblar.

 

BAKI, 16 iyun — Sputnik. Bu gün UEFA Çempionlar və Konfrans Liqalarının təsnifat mərhələlərinin püşkləri atılıb. Sputnik Azərbaycan xəbər verir ki, öncə Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Püşkatmanın nəticəsinə əsasən, futbol üzrə son Azərbaycan çempionu "Neftçi" "Dinamo" (Tbilisi, Gürcüstan) ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 6-7-də, cavab görüşü 13-14-də keçiriləcək. "Neftçi" ilk oyunu səfərdə keçirəcək.

Daha sonra isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.

"Qarabağ", "Sumqayıt" və "Keşlə" klublarının rəqibləri məlum olub. Ağdam təmsilçisi bu mərhələdə İsrailin "Aşdod" klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri ilk oyunu evdə keçirəcəklər.

"Sumqayıt" Serbiyanın "Çukariçki", "Keşlə" isə Rusiyanın "Soçi" klubu ilə üz-üzə gələcək.

"Sumqayıt" və "Keşlə" klubları ilk oyunlarını səfərdə keçirəcəklər.

4
Teqlər:
püşkatma, UEFA Çempionlar Liqası, "Neftçi", "Keşlə", Qarabağ FK, "Sumqayıt" klubu, futbol
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz"

5
Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya, bütün dünyaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar.

BAKI, 16 iyun — Sputnik. Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentdə çıxışı zamanı bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Zəngəzur dəhlizinin bölgəyə gətirəcəyi faydaların və zənginliyin sözlə ifadəsi mümkün deyil: "Bütün bunlar Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır. Məsələn, Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya, bütün dünyaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Ermənistan Azərbaycanla problemlərini həll etdikcə biz də lazımi addımlar atacağıq. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz".

Milli Məclisin xüsusi iclası

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçirilib.

Toplantıda iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisə gəlib.

Türkiyə prezidenti iclasda deputatların önündə çıxış edib.

Türkiyə prezidentinin Azərbaycana səfəri

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində o, iyunun 15-də Şuşa şəhərində olub. Burada iki ölkə arasında Şuşa bəyannaməsi imzalanıb.

Eləcə də oxuyun:

  • Ərdoğan: Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi dünyaya açıq mesajdır

  • Millət vəkili: “Şuşa Bəyannaməsinin imzalanması əhəmiyyətlidir”

  • Şuşa Bəyannaməsinin TAM MƏTNİ dərc olunub

5
Teqlər:
sərhəd, Türkiyə, Azərbaycan, Ermənistan, Rəcəb Tayyib Ərdoğan
Mövzu:
Ərdoğanın Azərbaycana, Şuşaya səfəri