Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Milli Məclisin bu gün son qərarı verməsi gözlənilir

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
İclasın gündəliyinə 31 məsələ daxil edilib

BAKI, 1 dekabr — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 31 məsələ daxil edilib.

İlk olaraq "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə ediləcək. Bu gün dövlət büdcəsinin təsdiq edilməsi gözlənilir.

"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinə baxılacaq.

Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda son üç ilin ən böyük dövlət büdcəsi - Məbləğ açıqlandı

Milli Məclisin 2018-ci il üçün xərclər smetasına, Hesablama Palatasının 2018-ci il üçün xərclər smetasına baxılacaq.

İclasda üçüncü oxunuşda "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya qanununun layihəsi müzakirə ediləcək.

"Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında" Birgə Bəyannamənin, "2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında" Protokolun təsdiq edilməsi haqqında qanun layihələrinə baxılacaq.

1999-cu il 28 sentyabr tarixində Vaşinqton şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş"in növbəti yeddi il müddətinə uzadılması barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında notalar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq.

Vüqar Bayramov - Sputnik Azərbaycan
Bayramov: “Büdcəni yalnız deputatlar müzakirə etməli deyil”

"Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutunun təsis edilməsi haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələbindən azad olunması haqqında" Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi arasında" Notalar Mübadiləsinin, "Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişin, "Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında" Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.

"Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi"nə qoşulmaq məsələsinə də baxılacaq.

Vergi, İnzibati Xətalar, Miqrasiya, Cinayət Prosessual, Cəzaların İcrası məcəllələrinə dəyişikliklər müzakirə ediləcək.

"Dövlət borcu haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Telekommunikasiya haqqında", "Pasportlar haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Dövlət rüsumu haqqında" qanun layihələrinə baxılacaq.

İclasda "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0