Hasan Küçükakyüz

Türkiyəli komandan Azərbaycana gəlib

14
(Yenilənib 15:03 29.11.2017)
Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ölkəmizdədir

BAKI, 29 noyabr — Sputnik. Noyabrın 29-da Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfər çərçivəsində ordu generalı H. Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.

Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq. Səfər dekabrın 1-dək davam edəcək.

14
Teqlər:
Azərbaycan, Hərbi Hava Qüvvələri, Türkiyə Respublikası, Hasan Küçükakyüz
Əlaqədar
Ali Baş Komandan hərbi hissəyə baş çəkib
Baş komandan vəzifədən uzaqlaşdırıldı
İlham Əliyev S-300 PMU-2 “Favorit” Zenit Raket Komplekslərinin start mövqeyinə baş çəkib
Müdafiə naziri Baş Komandanla görüşüb

Dəniz yenə coşdu, Xəzərdə dalğanın hündürlüyü 3,2 metrə çatıb

0
Sentyabrın 18-də gündüz saatlarında yağıntının tədricən kəsiləcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sentyabrın 17-si saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənib.

Küləyin maksimal sürəti: Altıağacda 23 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Qum adasında 25 m/s, Pirallahı, Maştağada 23 m/s, Neft Daşlarında 20 m/s, Çilov adasında 19 m/s, Binədə 18 m/s, Sumqayıtda 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,2 metrə çatıb.

Hava şəraiti yağmursuz keçib, lakin gündüz saatlarından bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Sentyabrın 18-də gündüz saatlarında yağıntının tədricən kəsiləcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Həmçinin oxuyun:

Hava kütlələri idarə olunur - azərbaycanlı ekoloq

0
Teqlər:
dəniz

Səyyad Əlizadənin ciyərində buzlu şüşə aşkarlanıb, müğənni ECMO cihazına qoşulub

2
ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.

BAKI, 17 sentyabr — Sputnik. Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu baradə müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb: "Ötən gecədən Səyyad bəyin müalicəsi yüksək səviyyədə davam etdirilir. Ancaq vəziyyəti ağır olaraq qalır. Ümid edirik ki, prosedurların nəticəsi olacaq".

Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.

2