İlham Əliyev Kosta Rikanın xarici işlər və etiqad nazirini qəbul edib

Azərbaycan Prezidenti xarici qonaqları qəbul edib

11
(Yenilənib 12:32 29.11.2017)
İlham Əliyev Xorvatiyanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

BAKI, 29 noyabr — Sputnik. Prezident İlham Əliyev Xorvatiya Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Birgə Komissiyanın həmsədri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

İlham Əliyev Xorvatiyanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
© Official website of President of Azerbaijan Republic
İlham Əliyev Xorvatiyanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev, həmçinin Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.

11
Teqlər:
Kosta Rika, Xorvatiya, İlham Əliyev, prezident
Əlaqədar
Prezident nümayəndə heyətini qəbul edib
Prezidentin humanist təklifi qəbul edildi
Prezident etimadnaməni qəbul etdi
Prezident polşalı qonağı qəbul edib
Əldə bıçaq, arxiv şəkli

Bərdədə bıçaqlanan icra başçısının keçmiş müavini imiş

10
(Yenilənib 19:34 30.05.2020)
Oğlu ilə bacısı oğlunu sakitləşdirmətə çalışan ataya üç bıçaq zərbəsi vurulub. Bacıoğlu dayıya rəhm etməyib.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 30 may - Sputnik. Bərdə rayonunun Şərəfli kəndində məişət zəminində bıçaqlama hadisəsi baş verib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, kənd sakinləri Şamil Qasımov və Orxan Fərəcbəyli arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Orxan Fərəcbəyli bıçaqdan istifadə etmək istəyərkən Şamil Qasımovun atası Məzahir Qasımov araya girərək onları aralaşdırmağa çalışıb. Bu zaman Fərəcbəyli dayısı Məzahir Qasımova 3 bıçaq zərbəsi vurub.

Hadisə vaxtı yaralanan Məzahir Qasımov Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı Məzahir Qasımovun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Hadisəni törədən O.Fərəcbəylini saxlamaq hələlik mümkün olmayıb.

Onu da qeyd edək ki, Məzahir Qasımov 2005-2010-cu illərdə Bərdə rayon İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində çalışıb. Hazırda “Azərtoxum” MMC-nin direktorudur.

10
Baş Prokurorluğun binası, arxiv şəkli

Baş Prokurorluq Bərdədə iki nəfərin bıçaqlanması ilə bağlı məlumat yaydı

7
(Yenilənib 19:34 30.05.2020)
Elçin Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

BAKI, 30 may - Sputnik. Baş Prokurorluq bu gün Bərdədə baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir:

Mayın 30-da saat 11 radələrində Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon polis şöbəsinin əməkdaşları həmin ünvana gediblər.

Polis əməkdaşları evin həyətyanı sahəsinə daxil olarkən Vüsalə azyaşlı övladı Fatimə ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərov əlindəki bıçaqla onu təqib edərək qadına kürək nahiyəsindən qəsdən 3 dəfə vurub bədən xəsarətləri yetirib, daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalənin öldürülməsinin qarşısını alan polis əməkdaşı Eşqin Məmmədova da bıçaqla qəsdən bir zərbə vuraraq daxilə keçən deşilmiş-cırılmış xəsarət yetirib.

Elçin Cəfərov digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd), 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Elçin Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.

Hadisədən dərhal sonra zərərçəkmiş şəxslər Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

Hazırda zərərçəkmiş V.Cəfərova və polis əməkdaşının stasionar qaydada müalicələri davam etdirilir.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

7
Minneapolisdə etirazlar

ABŞ-da iğtişaşlar yeni mərhələdə - Məsələyə Pentaqon qarışır

0
Şimali Karolina və Nyu-York ştatlarındakı hərbi polis birləşmələri hazır vəziyyətə gətirilib, əsgərlərə müvafiq tapşırıq alındıqdan sonra Minneapolisə getməyə hazır olmaq əmr edilib.

BAKI, 30 may - Sputnik. Pentaqon hərbi polis birləşmələrinə Minneapolisə yola düşməyə hazır olmağı əmr edib. Bu şəhərdə artıq neçə gündür ki, qaradərili Corc Floydun öldürülməsi ilə bağlı etiraz aksiyaları keçirilir. Məlumatı üç mənbəyə əsasən Associated Press paylaşıb.

Agentliyin məlumatına görə, ABŞ şəhərində qoşun yeridilməsi Müdafiə Nazirliyi üçün nadir haldır.

Şimali Karolina və Nyu-York ştatlarındakı hərbi polis birləşmələri hazır vəziyyətə gətirilib, əsgərlərə müvafiq tapşırıq alındıqdan sonra Minneapolisə getməyə hazır olmaq əmr edilib. Kolorado və Kanzas ştatlarındakı hərbçilər də analoji əmrlər alıblar, onlar bir sutka ərzində yola düşməyə hazır olmalıdırlar. Ümumilikdə 800 əsgər yola düşməyə hazır olmalıdır.

Pentaqondakı yüksək səviyyəli mənbənin sözlərinə görə, bu əmr ABŞ Prezidenti Donald Trampın Müdafiə naziri Mark Esperə Minneapolisdəki vəziyyətə mümkün çevik müdaxilə variantlarını nəzərdən keçirməsi barədə müraciət etdikdən sonra ortaya çıxıb.

Minneapolisdə polslə toqquşmaya səbəb olmuş kütləvi etirazlar mayın 26-dan davam edir. Etirazçılar polis zorakılığı nəticədinə qaradərili Corc Floydun ölməsi səbəbindən küçələrı çıxıblar. Etiraz tez bir zamanda iğtişaşa çevrilib. Artıq Milli Qvardiya hissələri şəhərdədir.

0