Azərbaycanla Türkiyə arasında hərbi məsləhətləşmələr aparılıb

© AR Ministry of DefenseAzərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb
Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri nümayəndələri arasında qərargah danışıqları keçirilib

BAKI, 24 noyabr — Sputnik. Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Qonaqlar, həmçinin HHQ-nin hərbi hissələrini ziyarət ediblər.

Xəbər lenti
0