Sənədin imzalanması

Yeni orden təsis edildi - Kimə veriləcək?

16
(Yenilənib 15:19 17.11.2017)
Orden Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına xüsusi xidmətlərinə görə veriləcək

BAKI, 17 noyabr — Sputnik. Azərbaycanda Silahlı Qüvvələr üçün “Rəşadət” ordeni təsis olunub. Sputnik AzərbaycanReport”a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Orden Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçulara əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin işğaldan azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə, ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə veriləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

16
Teqlər:
Rəşadət” ordeni, təsis, təltif, plenar iclas, Azərbaycan Silahlı Qüvvələri, Milli Məclis, hərbi qulluqçular
Əlaqədar
Azərbaycanda yeni orden təsis edilir: Onu almaq üçün...
İlham Əliyev partiya sədrinə "Şöhrət" ordeni verdi
Prezident icra başçısına orden verdi
Prezident "Vətənə xidmətə görə" ordeni ilə təltif barədə sərəncam imzaladı
Bakıda "İstiqlal" ordenli neftçi qətlə yetirilib